BEYLƏQANDA YENİ SUVARMA ÜSULU TƏTBİQ EDİLİR
Azərbaycanın mərkəzi bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin əsas problemlərindən biri də meliorasiya və irriqasiya sistemlərində olan bəzi çatışmazlıqlardır.
Aqro İnformasiya Mərkəzindən (AİM) AZƏRTAC-a bildirmişlər ki, bu məsələ mayın 13-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən elmi-praktiki konfransda müzakirə edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev daha mütərəqqi suvarma üsullarının üstünlükləri barədə öz fikir və təkliflərini iştirakçılarla bölüşmüşdür.
Sonra icra hakimiyyətinin təşəbbüsü ilə Daşburun qəsəbəsində yaşıllıq məqsədilə əkilmiş ağacların suvarılmasında damcı suvarma üsulu tətbiq edilmişdir. Pilot sahədə 5 minədək yeni əkilmiş ağac bu üsulla suvarılmışdır.
AİM-in təlimatçı eksperti Şəmsi Şəmiyev bu üsulun üstünlükləri barədə danışmışdır.
Qurum gələcəkdə bu cür suvarma üsullarını kənd təsərrüfatının başqa sahələrinə də tətbiq etmək niyyətindədir.
Hazırda təşkilat tərəfindən torpaqların qorunması, su məsrəfinin və ümumi suvarmaya çəkilən xərclərin azalması ilə bağlı layihələr hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]