Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar İçərişəhərə ekskursiya təşkil edilib
Bakı, 18 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Şirvanşahlar Sarayı Kompleksinə, İçərişəhər Cümə məscidinə və Qız qalasına ekskursiya təşkil ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ekskursiyaya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də qatılıb.
Kitabxana birgə layihə əsasında tarixi abidələrimizi təbliğ etmək məqsədilə “Qız qalası”nın kartondan hazırlanmış yığma maketini oxuculara təqdim edib.