Beynəlxalq avtoyürüşün iştirakçıları Lənkəranda
Lənkəran, 5 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 5-də Hindistan hökumətinin dəstəyi ilə Kalinqa Avtomobil İdman Klubu tərəfindən təşkil olunmuş “Hindistan-Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə avtomobil yürüşü”nün iştirakçıları İran-Azərbaycan sərhədini keçərək Lənkəran şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günün ikinci yarısında Lənkəran şəhərindəki Dövlət Bayrağı Meydanında yürüş iştirakçılarının Bakı şəhərinə yolasalma mərasimi keçirilib.
Mərasimdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.