Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Beynəlxalq ekspert: İtaliya Azərbaycan sayəsində iqtisadi dayanıqlığa yönəlmiş innovativ enerji mərkəzinə çevrilə bilər – MÜSAHİBƏ

Beynəlxalq ekspert: İtaliya Azərbaycan sayəsində iqtisadi dayanıqlığa yönəlmiş innovativ enerji mərkəzinə çevrilə bilər – MÜSAHİBƏ

Bakı, 13 iyun, AZƏRTAC

Son iki onillikdə Azərbaycan-İtaliya dövlətlərarası münasibətləri strateji status alıb. Uzun illərdir ki, İtaliya ölkəmizin ticarət dövriyyəsinin səviyyəsinə görə Avropa regionunda birinci yerdədir. Bu artım əsasən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) birgə tikintisi sayəsində əhəmiyyətli dərəcədə genişlənib, hazırda da Azərbaycanın neft və qaz ixracı hesabına təmin edilir. İki dövlət qeyri-neft sektorunda iqtisadi-ticari əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir. Bu da öz növbəsində dövlətlərimizin və xalqlarımızın mənafeyinə xidmət edir, onları bir-birinə daha da yaxınlaşdırır.

İqtisadçı ekspert, CESI Beynəlxalq Araşdırmalar Mərkəzinin (Roma) Təhlil şöbəsinin müdiri Marko Di Liddo AZƏRTAC-ın suallarını cavablandırıb. Beynəlxalq ekspertlə müsahibəni təqdim edirik.

- Azərbaycan Cənubi Qafqazın dünya iqtisadiyyatına inteqrasiyasında hansı rolu oynaya bilər?

- Birincisi, Azərbaycan Qara və Xəzər dənizi regionları arasında əməkdaşlığı təkmilləşdirərək regional ticarət üçün infrastruktur və keçid qovşağını təmsil edir. İkincisi, əgər Azərbaycan öz infrastruktur şəbəkəsini təkmilləşdirsə, şərq və qərb tərəfdaşları ilə müsbət siyasi münasibətləri davam etdirə bilsə, o, Rusiya, Yaxın Şərq, Asiya və Avropa arasında təbii körpüyə çevriləcək. Lakin biz təkcə avtomobil yollarının, limanların, dəmir yollarının tikintisində yaranan imkanlara diqqət yetirməməliyik. Logistika vacibdir, lakin kapital və iqtisadi sistemin cəlbedicilik dərəcəsi də vacibdir. Azərbaycanın biznes üçün əlverişli qanunvericilik, investisiya və subsidiyaların təmin edilməsi ilə birlikdə xarici bilik və qabaqcıl təcrübələri cəlb edə biləcək mühüm maliyyə resursları var. Beləliklə, Azərbaycan təkcə kommersiya axınları üçün imtiyazlı nəqliyyat qovşağı deyil, həm də yerli investisiya üçün təhlükəsiz sığınacaq ola bilər. Bugünkü Azərbaycan enerji sahəsində görülən işlərin ən gözəl nümunəsidir. Ölkənin şəhərlərinə baxın: Azərbaycan nefti doğurdan da xalqın mənafeyinə xidmət edir. Çoxlu rəqəmsal təşəbbüslər Azərbaycanı Cənubi Qafqazda lider edə bilər.

Ümumiləşdirsək, Azərbaycanın strateji mövqeyi, enerji resursları və regional əməkdaşlığa sadiqliyi onu Cənubi Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasında əsas oyunçuya çevirir. İqtisadi təşəbbüslərin, diplomatik səylərin və mühüm sektorlara investisiyaların birləşməsi vasitəsilə Azərbaycan regionun inkişafına və qlobal iqtisadi inteqrasiyaya mühüm töhfələr verə bilər.

- Orta Dəhliz layihəsinin enerji resurslarını, o cümlədən alternativ növlərin tədarükünü, habelə Asiya ilə Avropa arasında ticarətin genişləndirilməsi üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Potensial olaraq Orta Dəhliz hazırda tikilən və müzakirə olunan layihələr arasında ən iddialı layihədir. Üstəlik, o, xüsusilə Avropanı karbohidrogenlər və LNG ilə sabit və rahat təchiz edə bilər. Bir neçə dövlətin ərazisindən keçən, tranzit və ticarət üçün yeni perspektivlər açan Orta Dəhliz təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını tələb edir. Avropa və Asiyanı birləşdirən bu multimodal nəqliyyat şəbəkəsi Azərbaycanın mərkəzi rol oynadığı tranzit ölkələrinin səmərəli fəaliyyətinə əsaslanır. Bununla belə, çox şey Avropa ilə Çin arasında siyasi əlaqələrin inkişafından asılı olacaq. Riskin azaldılması baxımından bu dəhliz öz əhəmiyyətini qismən itirə bilər.

- Azərbaycan və İtaliya arasında iqtisadi-ticari əməkdaşlığının potensialını necə qiymətləndirirsiniz? Üçüncü ölkələrdə birgə Azərbaycan-İtaliya layihələrinin həyata keçirilməsi üçün hansı imkanlar mövcuddur?

- Vəziyyət tədricən dəyişsə belə, enerji tərəfdaşlığı hələ də əməkdaşlığın dominant sahəsi olaraq qalır. Məsuliyyət ilk növbədə Azərbaycanın iqtisadi imkanları haqqında az məlumata malik olan İtaliya biznesinin üzərinə düşür. Bu mənada hesab edirəm ki, İtaliya və Azərbaycan hökumətləri enerji sektorundan kənarda özəl sektorun fəaliyyətini təşviq etmək üçün səylərini artırmalıdırlar. Eyni zamanda, iki dövlət birgə istehsal layihələrini həyata keçirmək üçün ticarəti şaxələndirməyə və investisiya əməkdaşlığını genişləndirməyə çalışır. Hazırda Azərbaycanda əsasən tikinti, dizayn, ticarət, kənd təsərrüfatı, emal sənayesi, infrastruktur, nəqliyyat və logistika kimi sahələrdə İtaliya kapitallı yüzə yaxın şirkət fəaliyyət göstərir. Bununla belə, Bakı və Roma bununla kifayətlənmir və biznes əlaqələrinin şaxələndirilməsi, investisiya əməkdaşlığının genişləndirilməsi, İtaliya şirkətlərinin sənaye klasterlərinin inkişafı üzrə birgə layihələrə cəlb edilməsi üçün səylər göstərirlər. Ölkələrimiz yüngül sənaye, qida sənayesi, əczaçılıq, robot texnikası, səhiyyə kimi sahələrdə uğurla əməkdaşlıq edə bilər. İnanıram ki, İtaliya-Azərbaycan tərəfdaşlığı Türkiyə, İran, Rusiya kimi ölkələrdə birgə layihələr həyata keçirə bilər.

- “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Çin Xalq Respublikası 2013-cü ildə “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyasını elan etdi. Burada söhbət Şərqdən Qərbə güzəştli şərtlərlə yüklərin birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Qafqaz regionunda “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkə oldu. Fikrimcə, Azərbaycanın rolu hələ də real potensialından aşağıdır, lakin ideya çatışmazlığından deyil, əksinə, Bakının tədbirliliyindəndir. Bir çox infrastruktur layihələrinin mövcudluğu, eyni zamanda, Pekinlə praqmatik və müsbət münasibətlərə malik olan Bakıya daha çox seçim azadlığı verir. Azərbaycan Cənubi Qafqaz regionunda çox mühüm ölkədir. Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşən ölkə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycanın nəqliyyat və geosiyasi mövqeyində üstünlüyü var.

- İtaliya bərpaolunan enerji mənbələri sahəsində dünya liderlərindən biridir. Azərbaycan da öz növbəsində bu istiqamətdə inkişafını hədəfləyib. Bu müzakirə olunan sahədə əməkdaşlıq varmı?

- Hazırda iki ölkə arasında müxtəlif təşəbbüslər hazırlanır və dialoq inkişaf edir. Bununla belə, konkret səviyyədə ən dinamik oyunçu özəl şirkət “MAIRE Technimont” olaraq qalır. İddialı bərpaolunan enerji planı Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı tərəfindən üç böyük külək və günəş layihəsinin maliyyələşdirilməsindən faydalanıb. Azərbaycanda investisiyaların təşviqi üzrə əsas orqan 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlb edilməsi yolu ilə ölkənin iqtisadi inkişafına və diversifikasiyasına kömək etmək məqsədilə yaradılmış Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). İtaliya bu istiqamətdə Bakı ilə əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır.

- Avropa Çin məhsullarının müxtəlif dəhlizlərlə sürətlə Avropaya daşınmasına şübhə ilə yanaşır. Aydındır ki, “Bir yol, bir kəmər” Çin məhsullarını mümkün qədər tez və təhlükəsiz şəkildə Avropaya çatdırmaq üçün yaradılıb. İtaliyanın bu məsələdə mövqeyi necədir?

- İtaliya və Çin ikitərəfli Anlaşma Memorandumunu yeniləməsələr də, münasibətlər çox müsbət olaraq qalır. Ticarət məsələsi Çinin xeyrinə olan ticarət balanssızlığına və artıq Çin kapitalının İtaliyaya nüfuz etməsi ilə bağlı siyasi şübhələrə aiddir. Lakin bu cür şübhələr çox vaxt İtaliya hökumətindən daha çox Çinin Avropada yüksəlişindən qorxan ABŞ-dan qaynaqlanır.

- İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzur layihələrində, Ələt İqtisadi Zonasında və yaşıl enerji layihələrində iştirakda maraqlıdırlarmı? İtaliya şirkətlərini bu layihələrdə iştirak etməyə nə sövq edə bilər?

- Hazırda İtaliyanın sözügedən layihələrdə iştirakından xəbərim yoxdur. Hesab edirəm ki, problem bu mövzunun mediada kifayət qədər yayılmamasıdır. Bərpaolunan enerji sektorunda İtaliya şirkətləri çox dinamik, texnoloji cəhətdən inkişaf etmiş və bütün dünyada, o cümlədən Azərbaycanda imkanları qiymətləndirməyə hazırdırlar. Hesab edirəm ki, əsas səbəblər uzunmüddətli dövlət investisiya layihəsinin olması, əlverişli maliyyə şəraiti və Azərbaycandan Qafqaz-Xəzər regionu üzrə təbii körpü kimi istifadə perspektivləridir.

- Son illər Azərbaycan Trans-Adriatik Qaz Boru Kəməri sayəsində İtaliyaya xam neft və qaz tədarükçülərindən birinə çevrilib. İtaliyaya neft məhsullarının ixracı sahəsində Azərbaycanla enerji əməkdaşlığını, eyni zamanda elektrik enerjisi sahəsində birgə layihələrin işlənib hazırlanması və İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsi imkanlarını necə qiymətləndirirsiniz?

- Azərbaycan özünü İtaliyaya dost və sadiq bir ölkə kimi tanıdıb. Hazırkı çətin qlobal geosiyasi vəziyyətdə Azərbaycandan təbii ehtiyatların tədarükü İtaliyanın enerji sektorunda problemlərin həllinə kömək edir. Hesab edirəm ki, Bakı ilə əməkdaşlığı daha da gücləndirmək lazımdır. Azərbaycan təkcə İtaliya və Avropa üçün etibarlı təchizatçı deyil, həm də Roma və bütün Aİ ilə yaxşı münasibətlər saxlayır. Azərbaycan sayəsində İtaliya iqtisadi və ekoloji dayanıqlığa yönəlmiş innovativ enerji mərkəzinə çevrilə bilər. Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır, İtaliyanın Cənubi Qafqazla ticarətinin 95 faizi Azərbaycanladır. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz nəqli 2024-cü ilin yanvarında 878 milyon kubmetr təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 3,1 faiz çoxdur.

- Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə mübarizə üçün gələcək addımların müəyyən edilməsində mühüm rol oynayacaq. Sizcə, konfransın əsas mövzuları hansı məsələlər olacaq? Ölkələrimiz bu istiqamətdə necə əməkdaşlıq edə bilər?

- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransının (COP29) mədən yanacaqlarının istehsalçısı və ixracatçısı olan Azərbaycanda keçirilməsi hökumətin iqlim dəyişikliyi ilə mübarizədə ciddi addımlar atmaq strategiyasını nümayiş etdirir. İnanıram ki, əməkdaşlığın əsas mövzusu enerji səmərəliliyinin artırılması üçün birgə texnoloji tərəfdaşlıqların inkişafı, akkumulyator və elektromobil zavodlarının tikintisi olacaq. İtaliya və Azərbaycanı ciddi iqtisadi və enerji diversifikasiyasına başlamaq zərurəti birləşdirir. Ölkələrimiz arasında qaz layihələri ilə yanaşı, hidrogenlə bağlı çoxsaylı layihələr həyata keçirilə bilər. Bu yaxınlarda İtaliya hakimiyyəti Trans-Adriatik Boru Kəmərindən hidrogen tədarükü üçün də istifadə imkanlarını təhlil edir ki, bu da enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada göyöskürək geniş yayılıb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

BMT: Dünyada hər il təxminən 236 min insan suda boğulur

“Turan Tovuz”un “Kocaelispor” komandası ilə oyunu ləğv olunub

Eldar Hüseynovun “Ruhumun çağırışları” kitabının təqdimatı olub

AQTA nümayəndə heyəti Misirin COP ilə bağlı təcrübəsini öyrənib

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan təxribatları dayandırmadığı təqdirdə lazımi cavab tədbirləri görüləcək – BƏYANAT

İmişlidə yanacaq daşıyan maşın aşıb, xəsarət alanlar var

Ukraynalı səyyah: Çox şadam ki, Azərbaycan öz torpaqlarını azad edib və indi onlar bərpa olunur

“Sülh və təhlükəsiz yaşamaq hüququ” adlı elektron kitab hazırlanıb

“Qalatasaray”ın futbolçusu Rusiya klubu ilə anlaşıb

Diaspor nümayəndələrinin Şuşaya 12-ci səfəri baş tutub

Xəqani küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycanın strateji coğrafi mövqeyi onu Çin-Avropa yük qatarı üçün əsas nəqliyyat qovşağına çevirir - MÜSAHİBƏ

Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib

Səfir: Azərbaycanla Niderland su problemlərinin idarə edilməsi mövzusunda bənzər sistemlərə malikdirlər

Tovuzda AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilib

Çarlz Vili: Qarabağda sürətli yenidənqurma və bərpa işləri Azərbaycanın əzmini nümayiş etdirir

“Yüksəliş” müsabiqəsinin qaliblərindən dördü BDU-nun məzunudur

Vatikan qəzeti Azərbaycan ərazisindəki Qafqaz Albaniyası xristian memarlığından yazıb

AzMİU ilə FHN-in elmi-tədqiqat institutu arasında müqavilə imzalanıb

Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində Gəncədə seminar-müşavirə keçirilib

BMU-da daha bir yeni ixtisas – biotexnologiya üzrə qəbul aparılır

Qırğızıstan Azərbaycanın qabaqcıl məhkəmə təcrübəsini öyrənməkdə maraqlıdır

DOST Agentliyində Qırğızıstan nümayəndə heyəti ilə görüş keçirilib

Qazaxıstan Belarusda terminal tikintisinə başlaya bilər

Dəyəri 7,5 milyard dollar olan Olimpiya Oyunları

Dünya Güləş Birliyi Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisini fərqləndirib

Niderland su planlamasını COP29-un fokusuna çevirən inteqral və inklüziv uyğunlaşma yanaşmasını təşviq edəcək

Almaxanım Əhmədli: Artıq öz repertuarımı formalaşdırmışam – MÜSAHİBƏ

Ermənistanda gənclər hərbi xidmətə getmək istəmirlər

Azərbaycan millisi Paralimpiya Oyunlarında ilk dəfə 7 idman növündə təmsil olunacaq

Nazirlik: Daha 295 gənc dünyanın nüfuzlu universitetlərində dövlət hesabına təhsil alacaq

® “Birbank Biznes”in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər

MN: Ermənistan kvadrokopteri Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib

Aclığa və yoxsulluğa qarşı qlobal alyans yaradılır

“Paris-2024”: Azərbaycan təmsilçisi 1/32 finala vəsiqə qazanıb

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

İrakli Kobaxidze: Seçkilərdə müxalifət qalib gəlsə, Gürcüstan yenidən müharibəyə cəlb olunacaq

Azərbaycan və Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib YENİLƏNİB - 2 VİDEO

Avropa Komissiyası “Microsoft”un ittihamlarına cavab verib

İstanbul hava limanı Avropanın ən işlək aeroportu seçilib

Xarici işlər naziri diplomatik xidmət orqanlarında əmək fəaliyyətinə yeni başlayan gənc diplomatlarla görüşüb

“Sabah” amerikalı basketbolçu ilə güclənib

Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin siyahısı təsdiqlənib

“Neftçi”nin yoxlama oyunu ləğv olunub

Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılmış heykəlin üzərində bərpa-təmizləmə işləri aparılıb

Rusiyanın tanınmış futbol klubunun bazasında yanğın baş verib

Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilir VİDEO

Kamala Harris avqustun 7-dək prezident postuna rəsmi namizəd ola bilər

Meşə yanğınları Kanadada neft sənayesi infrastrukturuna təhlükə yaradır

Şəhid Milli Qəhrəman Natiq Qasımovun ailəsinə mənzil təqdim edilib

Özbəkistan qazın idxalı və ixracını artırıb

Heydər Əliyev Sarayında Tofiq Quliyevin əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq

“Fənərbağça” Mərakeş millisinin futbolçusu ilə 5 illik müqavilə imzalayıb

Nazir: Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları genişdir VİDEO

Belçika səfiri: “Bizə Transxəzər dəhlizi lazımdır”

Türkiyə Qətərə patrul gəmiləri və F-16 təyyarələri göndərəcək

Şahdili peyzajı - Təbiətdən tabloya

“Bosch” konserni iqlim texnikası bazarında mövqeyini möhkəmləndirir

Baş nazir Əli Əsədov Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Nazir: Azərbaycanın yaşıl enerjisinin Serbiyaya ixracı planlaşdırılır

Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib

Serbiyalı nazir: İnanıram ki, Azərbaycan ilə Serbiya çox sahədə əməkdaşlıq edə bilər VİDEO

“Politico”: Avropalıların əksəriyyəti öz ölkələrində korrupsiyanın yayıldığı qənaətindədir

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 fevral tarixli 1290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı ilə İrəvan arasında sülh prosesi Türkiyə Milli Təhlükəsizlik Şurasının gündəliyində

Yüksək Texnologiyalar Parkının təlim proqramına başlanılıb

Bank sektorunun inkişaf imkanları ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri təlim-məşq toplanışlarına qatılacaqlar

Qazaxıstan neftinin Azərbaycandan tranzit həcminin artırılması müzakirə edilib

“Azərreyl” komandası türkiyəli voleybolçu ilə vidalaşıb

Venesuelada hərbçilər prezident seçkiləri ilə bağlı gücləndirilmiş xidmət rejiminə keçiblər

AMADA Yay Olimpiya Oyunlarına lisenziya qazanmış güləşçilər üçün maarifləndirici seminar təşkil edib

Dünya səyyahları Şuşada YENİLƏNİB VİDEO

İçərişəhərdə “Şirvanşahların səsi” konsert proqramı təqdim olunub

“Real Madrid” Fransa millisinin üzvü ilə yeni müqavilə imzalayacaq

Akademik Tofiq Nağıyevin biblioqrafik göstəricisi nəşr olunub

Bu il Naxçıvanda məhkəmə qərarları ilə tələbkarlara 9 milyon manatdan çox vəsait ödənilib

BMT nümayəndəsi: Azərbaycan beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi sahəsində güclü liderlik iddiasını davam etdirir VİDEO

FHN: Ötən sutka 3 nəfər xilas edilib, 1 nəfərin cəsədi aidiyyəti üzrə təhvil verilib

Bankların bugünkü hərracda tələbi 55 milyon dolları ötüb

İyulun 26-da paytaxtda hava əsasən yağmursuz keçəcək

“Monako” 18 yaşlı futbolçuya 20 milyon avro ödəyib

Türkiyəli ekspert: Zəngəzur dəhlizi ilk fürsətdə açılması vacib olan sülh marşrutudur

Həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

® FCHAIN – Biznesdə daha uğurlu və etibarlı tərəfdaşınız

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

“TotalEnergies”in mənfəəti ikinci rübdə 6 faiz azalıb

Millinin keçmiş üzvü: Hər üç komandamız Konfrans Liqasında növbəti mərhələyə adlamaq gücündədir

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Ödənişli yolda iki qəza baş verib, yaralananlar var VİDEO

Azərbaycan dövlətinin İrpendə akademik Zərifə Əliyeva adına liseyə növbəti yardımı çatdırılıb VİDEO

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında nəşriyyat və tərcümə üzrə əməkdaşlıq məsələləri müzakirə edilib

Parisdə onlarla evsiz ailə şəhərin 18-ci rayonunun meriyası qarşısında etiraz edir

Hande Harmancı: Azərbaycanda epidemioloji nəzarət və profilaktik tədbirlər ciddi şəkildə həyata keçirilir VİDEO

Daha bir müəssisəyə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib

Hande Harmancı: Azərbaycanda əhalinin sağlamlığını qorumaq və qida təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlər təqdirəlayiqdir

Paytaxtın Parlament prospektində təmir işləri başa çatıb

Avropanın qaz ehtiyatlarının həcmi 83,5 faizə yaxınlaşıb