ELM VƏ TƏHSİL
Beynəlxalq Fondun nəşrləri MEK-in elektron kitabxanasına daxil edilib

Bakı, 30 yanvar, AZƏRTAC
Beynəlxalq Fondun nəşrləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) elektron kitabxanasına daxil edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, xalqların Mənəvi Birliyi Beynəlxalq Fondu tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim edilən “M.Y.Lermontov və pravoslavlıq”, “İ.A.Krılov və pravoslavlıq”, “N.V.Qoqol və pravoslavlıq”, “F.M.Dostoyevskiy və pravoslavlıq”, “S.A.Yesenin və pravoslavlıq”, “M.A.Şoloxov və pravoslavlıq”, “V.M.Şukşin və pravoslavlıq”, “M.V.Lomonosov və pravoslavlıq”, “A.S.Puşkin və pravoslavlıq”, “F.İ.Tyutçev və pravoslavlıq”, “N.M.Rubtsov və pravoslavlıq” adlı nəşrlər rəqəmsallaşdırılaraq elektron kitabxanaya əlavə edilib.
Artıq elektron formatda da oxucuların istifadəsinə verilən nəşrlərlə Mərkəzi Elmi Kitabxananın E-kitabxana bölməsində tanış olmaq mümkündür.