Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq aparılır
Bakı, 24 aprel, AZƏRTAC
Avqustun 4-dən 11-dək Bakı şəhərində 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI-2019) keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, olimpiadaya hazırlıq işləri çərçivəsində ADA Universitetində müxtəlif tədbir və görüşlər təşkil edilir.
Proqram çərçivəsində IOI-nin ölkəmizdən olan medalçıları ilə görüş keçirilir. İlk görüş 1996-cı ildə Macarıstanda keçirilmiş 8-ci IOI-nin bürünc medalçısı Elnur Seyidli ilə olub. Görüşdə bilik yarışına hazırlıq prosesinin təşkili, milli komandanın burada iştirakı və digər məsələlər müzakirə olunub.
Xatırladaq ki, Elnur Seyidli Bakı şəhəri 20 nömrəli məktəb-liseyin məzunudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]