CƏMİYYƏT
Beynəlxalq inşa müsabiqəsinin rumıniyalı qalibi:Sizin ölkənin uşaqları ilə tanış olmaq, onlarla birgə oynamaq istərdim
Bakı, 26 may (AZƏRTAC). Mən Azərbaycan haqqında çox maraqlanıram. Bilirdim ki, sizin ölkəniz bizdən çox uzaqda yerləşir. Həmçinin bilirdim ki, sizin gözəl musiqiniz vardır.
Bu sözləri AZƏRTAC-a rumıniyalı İliyev Vlad bildirmişdir.
Heydər Əliyev Fondu tərəfindən “Eurovision-2012” mahnı müsabiqəsinin iştirakçı dövlətlərində 9-18 yaşında fiziki qüsurlu uşaqlar arasında keçirilən “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda beynəlxalq inşa müsabiqəsinin qaliblərindən olan İ.Vlad demişdir ki, sizin ölkənin uşaqları ilə tanış olmaq, onlarla birgə oynamaq istərdim. Heydər Əliyev Fondunun elan etdiyi inşa müsabiqəsinin qalibi kimi ölkənizdə olmağıma çox sevinirəm. Bakının mənzərəli yerləri ilə tanışlıq sizin tarixinizi öyrənməyimizə yardımçı oldu. Həmçinin burada bizə göstərilən diqqət və qayğıdan da çox məmnunuq. Ümid edirəm ki, Bakıya bir daha gələcəyəm.