ELM VƏ TƏHSİL
Beynəlxalq konqresin iştirakçılarına Azərbaycanın kənd turizmi haqqında məlumat verilib
Bakı, 3 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin elmi işçisi Əliyev Rövşən Türkiyənin Ankara şəhərində təşkil edilən 10-cu “Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi”ndə “Azərbaycanda turizm və rekreasiya zonalarının inkişafında kənd turizmi” adlı məruzə ilə onlayn formatda çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Rövşən Əliyev çıxışında kənd turizmi, onun rekreasiya zonalarının inkişafında rolu, Azərbaycanda müvafiq sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sonda konfransın təşkilat komitəsinin üzvü professor Osman Kubilay Gül çıxış edən iştirakçılara sertifikat təqdim edib.