BEYNƏLXALQ SEMİNARDA RESPUBLİKAMIZ DA TƏMSİL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Moskvada “Məktəbdənsonrakı təhsildə milli təhsil sisteminin qiymətləndirilməsi, təhlili üçün beynəlxalq indikatorlar” mövzusunda beynəlxalq seminar keçirilmişdir.
YUNESKO-nun Statistika İnstitutu, Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı üzrə Federal İnstitutunun birgə təşkil etdikləri seminarda ölkəmizi Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsi mühasibat uçotu və hesabat sektorunun aparıcı məsləhətçisi Vüqar Əsgərov təmsil etmişdir.
Ukrayna, Moldova, Gürcüstan və digər ölkələrin təhsilin statistikası üzrə mütəxəssislərinin iştirak etdikləri seminarda “YUNESKO-nun Statistika İnstitutunun əsas fəaliyyət istiqamətləri”, “Məktəbdənsonrakı təhsil beynəlxalq aspektdə”, “Alternativ informasiya mənbələrindən istifadə”, “Milli statistik göstəricilərin beynəlxalq göstəricilərə çevrilməsi yolları” və digər mövzular üzrə təqdimatlar keçirilmişdir. Mövzu ətrafında müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]