RƏSMİ SƏNƏDLƏR
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 22.4.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və 241-ci maddələrinə uyğun olaraq qərara alır:
1. Rafiq İdayət oğlu Əsgərov 118 saylı Ağdam–Xocalı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.
2. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yekunları elan olunanadək Eynulla Yadulla oğlu Hüseyinov 72 saylı Cəlilabad kənd, Arif Yaqub oğlu Atakişiyev 86 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
3. Nadir Rəşid oğlu Şükürov 72 saylı Cəlilabad kənd, Fuad Umud oğlu Həsənov 68 saylı Sabirabad–Şirvan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov