Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
Təravət Əlövsət qızı Rəsulova və Taleh Məhəmməd oğlu Həsənov 42 saylı Sumqayıt birinci, Zöhrab Qeysəddin oğlu Səfərov 58 saylı Xaçmaz kənd, Teymurlan Yunis oğlu Eyyubov 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov