Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Kifayət Mikayıl qızı Cəfərova 15 saylı Yasamal birinci, Ziba Cəbrayıl qızı Manafova 16 saylı Yasamal ikinci, Əli Qurban oğlu Cəfərov 30 saylı Suraxanı birinci, Azər Aydın oğlu Mirzəliyev 40 saylı Gəncə üçüncü, Gülrux Mətləb qızı Əsədova 44 saylı Sumqayıt üçüncü, Gülər Mircəfər qızı Mirzəyeva 70 saylı Neftçala, Asif Məmmədağa oğlu Həsənli 72 saylı Cəlilabad kənd, Afərim Qasım qızı Verdiyeva 101 saylı Samux–Şəmkir seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Əli Qurban oğlu Cəfərov 15 saylı Yasamal birinci, Kifayət Mikayıl qızı Cəfərova 30 saylı Suraxanı birinci, İsmayıl Abbas oğlu Əliyev 40 saylı Gəncə üçüncü, Nəriman Allahyar oğlu Həsənov 101 saylı Samux–Şəmkir seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin