Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və 169-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Vüqar Vəkil oğlu Cəfərlinin səlahiyyətlərinə 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verilsin.

2. Yetkin Cavad oğlu Mehmanov 57 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.

 

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin