Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və 241-ci maddələrinə uyğun olaraq qərara alır:

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yekunları elan olunanadək Anar Höcətulla oğlu Qulamov 47 saylı Sumqayıt–Abşeron–Qaradağ, Seyran Telman oğlu Əmrahov 56 saylı Şabran–Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr             Məzahir Pənahov

Katib            Arifə Muxtarova

Katib            Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin