Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Həsən Hüseyn oğlu İsmayılov 102 saylı Şəmkir şəhər, Yusifəli Məhəmmədəli oğlu Kərimov 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Elman Ağamalı oğlu İlyasov 46 saylı Sumqayıt beşinci, Elçin Balakişi oğlu Yarıyev 47 saylı Sumqayıt–Abşeron–Qaradağ, Vüqar Tofiq oğlu Hacıyev və Yusif İsmayıl oğlu Nəsibov 108 saylı Ağstafa, Zeynal Xəlil oğlu Zeynalov 118 saylı Ağdam–Xocalı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov