RƏSMİ SƏNƏDLƏR
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Təbəssüm Dağlar qızı Zamanova 21 saylı Nəsimi–Binəqədi, Əmrah Eldəniz oğlu Cəfərov 41 saylı Gəncə–Samux–Goranboy, Məzahir Xanağa oğlu Əliyev 78 saylı Lənkəran kənd, Rövşən İsa oğlu Vəliyev 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Cahangir Əkbər oğlu Seyidov 5 saylı Babək–Naxçıvan–Culfa, Akif Qüdrət oğlu Abbasov 21 saylı Nəsimi–Binəqədi, Rövşən İsa oğlu Vəliyev 41 saylı Gəncə–Samux–Goranboy, Cavid Hüseyn oğlu Binnətov 83 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov