Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2023-cü il 19 sentyabr tarixli 4/11 saylı Qərarı ilə ölkə üzrə seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri təsdiq edilmişdir.

“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli Qanununa əsasən bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılmışdır. Həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli Qanunu ilə “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı” yeni redaksiyada verilmişdir.

Bununla əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla, bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsinə dair təkliflərini Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Belə ki, 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək-Naxçıvan-Culfa, 6 saylı Ordubad-Culfa, 37 saylı Qaradağ, 41 saylı Gəncə-Samux-Goranboy, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ, 52 saylı Yevlax, 53 saylı Yevlax-Mingəçevir, 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar, 61 saylı Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan-Biləsuvar-Neftçala, 66 saylı Saatlı, 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 70 saylı Neftçala, 71 saylı Cəlilabad şəhər, 72 saylı Cəlilabad kənd, 73 saylı Masallı-Cəlilabad, 74 saylı Masallı, 75 saylı Yardımlı-Masallı, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabədi, 86 saylı Ağcabədi, 87 saylı Qobustan-Şamaxı-İsmayıllı, 88 saylı Şamaxı, 89 saylı İsmayıllı, 92 saylı Göyçay-Ağdaş, 93 saylı Ağdaş, 95 saylı Zərdab-Kürdəmir-Ucar, 101 saylı Samux-Şəmkir, 102 saylı Şəmkir şəhər, 103 saylı Şəmkir kənd, 107 saylı Tovuz-Qazax-Ağstafa, 109 saylı Qazax, 110 saylı Balakən, 111 saylı Zaqatala-Balakən, 112 saylı Zaqatala, 114 saylı Şəki şəhər, 115 saylı Şəki kənd, 116 saylı Qəbələ və 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairələrinin sxemi və qrafik təsvirində nəzərə alınmaqla həmin dairələrin hüdudlarında qismən dəyişikliklər edilməli və Mərkəzi Seçki Komissiyasının internet saytında bununla bağlı müvafiq bazadakı informasiya yenilənməklə ictimaiyyətin məlumatlandırılması təmin olunmalıdır.

Eyni zamanda, yerli şərait və digər şərtlər nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq seçicilər üçün maksimum əlverişli imkanlar yaradılmasının zəruriliyi də diqqət mərkəzində saxlanılmalıdır.

Qeyd edilənlərə əsasən, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.4-cü və 29-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək-Naxçıvan-Culfa, 6 saylı Ordubad-Culfa, 37 saylı Qaradağ, 41 saylı Gəncə-Samux-Goranboy, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ, 52 saylı Yevlax, 53 saylı Yevlax-Mingəçevir, 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar, 61 saylı Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan-Biləsuvar-Neftçala, 66 saylı Saatlı, 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 70 saylı Neftçala, 71 saylı Cəlilabad şəhər, 72 saylı Cəlilabad kənd, 73 saylı Masallı-Cəlilabad, 74 saylı Masallı, 75 saylı Yardımlı-Masallı, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabədi, 86 saylı Ağcabədi, 87 saylı Qobustan-Şamaxı-İsmayıllı, 88 saylı Şamaxı, 89 saylı İsmayıllı, 92 saylı Göyçay-Ağdaş, 93 saylı Ağdaş, 95 saylı Zərdab-Kürdəmir-Ucar, 101 saylı Samux-Şəmkir, 102 saylı Şəmkir şəhər, 103 saylı Şəmkir kənd, 107 saylı Tovuz-Qazax-Ağstafa, 109 saylı Qazax, 110 saylı Balakən, 111 saylı Zaqatala-Balakən, 112 saylı Zaqatala, 114 saylı Şəki şəhər, 115 saylı Şəki kənd, 116 saylı Qəbələ və 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairələrinin sxemi və qrafik təsvirində nəzərə alınmaqla həmin dairələrin hüdudlarında qismən dəyişikliklər edilsin və Mərkəzi Seçki Komissiyasının internet saytında bununla bağlı müvafiq bazadakı informasiya yenilənməklə ictimaiyyətin məlumatlandırılması təmin olunsun.

2. Mərkəzi Seçki Komissiyasının Katibliyi və dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsün.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                     Məzahir Pənahov

Katib                    Arifə Muxtarova

Katib                    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin