Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir kəmər, bir yol” –yeni coğrafi xəritə, dostluq körpüləri və yeni üfüqlər ŞƏRH

“Bir kəmər, bir yol” –yeni coğrafi xəritə, dostluq körpüləri və yeni üfüqlər  ŞƏRH

Bakı, 13 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə Azərbaycan-Çin, Azərbaycan-ABŞ münasibətlərinin, habelə dövlətimizin son illərdə ard-arda qazandığı uğurların dürüst ideoloji mövqedən, nəzəri dərinlik və praktik universallıqla analizi, dəyərləndirilmə gerçəkliyidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Çinlə qarşılıqlı əməkdaşlığa önəm verməsi iki ölkənin mənəvi-siyasi baxımdan yaxınlaşması üçün növbəti strateji addımlardan biridir. İki ölkə arasında strateji tərəfdaşlıq üzrə Bəyannaməyə toxunan deputat Prezidentin müsahibə zamanı bu fikirlərini xatırladıb: “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.

Elnarə Akimova qeyd edib ki, bu gün Çin və Azərbaycanın qlobal ticarətə töhfə verəcək ən mühüm layihə olan Orta Dəhlizdəki fəaliyyət mühüm əhəmiyyət daşıyan faktlardan biridir. Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarətə maraqlı olanlar da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətini nəzərə alaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verirlər.

Deputat diqqətə çatdırıb ki, Prezidentin çıxışında COP29-un mühüm nailiyyətlərindən, 200 dövlətin Azərbaycana göstərdiyi etimaddan, Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzdan bəhs etməsi yaxın tarixin qürurverici məqamı kimi qeyd olunmalıdır. Bundan əlavə, 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın 4 il uğurla sədrlik etməsini də ölkə rəhbəri, ilk növbədə, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətin beynəlxalq arenada dəstəklənməsinin zəmini kimi vurğuladı. Eləcə də Azərbaycanın ən mühüm nailiyyəti olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, həmçinin bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirməsi ölkəmiz üçün həm ədalətin bərpası, həm də Azərbaycanın haqq davasının layiqli şəkildə sonuclanması demək idi: “Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq”.

Müsahibədə başqa bir məqama da diqqət çəkən deputat qeyd edib ki, Prezident üç amilin üzərində dayanır və bu amilləri qələbəmizə gətirən yolun təməli, zəmini hesab edir: “İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı”. Bəli, sağlam, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası, sabit, dayanıqlı iqtisadiyyat və milli məfkurəyə xidmət edən milli ideyalar! O ideyalar ki, ötən illər ərzində xalqın içindəki milli ruhun, mücadiləçi əzmin əriyib yoxa çıxmasına imkan vermədi.

Prezidentin müsahibəsində ABŞ və Çin münasibətlərinin yeni məcrada davam etməsini stimullaşdıran bir dost münasibəti, dost rəftarı hakimdir. Bu, yalnız öz ölkəsinin deyil, yer üzündə yaşayan bütün insanların sakit və müharibələrsiz yaşayışını arzulayan və bunun üçün çalışan Azərbaycan liderinin baxış yönü, həyat tərzidir.

“Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq”, - bu ali arzu və niyyət ancaq humanist başlanğıcdan çıxış edən bir rəhbərin siyasətinin ana xətti ola bilər.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev müsahibəsində həm qlobal prioritetlərin formalaşmasında, həm də bərabərliyə və inklüzivliyə əsaslanan dünyanın yaranmasında Qlobal Cənubun artan rolunu və təsirini əks etdirdi. Azərbaycan daim qarşılıqlı hörmət və həmrəyliyə önəm verən ölkə olmaq məziyyəti ilə seçilib. Bunu Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəsində bir daha təsdiqlədi. Bildirdi ki, Çinin irəli sürdüyü yeni əməkdaşlıq modeli – “Bir kəmər, bir yol” layihəsi ona yalnız Çinlə münasibətlərinin tarixi köklərinin yeni çağırışlar əsasında davamı üçün deyil, həm də Qlobal Cənubla Qlobal Şimalın birgəliyinin, konstruktiv iş birliyinin əməli varlığını görmək istədiyi üçün dəyərlidir. Yalnız belə münasibətlər sistemi bəşəriyyətin nicatı üçün vacib amildir: “Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir”. Dövlətimizin başçısının bəyan etdiyi kimi, Qlobal Cənubla Qlobal Şimal arasında qurulan körpülər qlobal problemlərin həlli baxımından Çin və ona tərəfdaş ölkələrin bir araya gəlməsi, sülh və həmrəylik təşəbbüslərinin uca kürsüdən səsləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən platforma ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb

Qəbələdə şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb

NBA: Daha 11 oyun keçirilib

Xırdalanada yaşayış binasında yanğın baş verib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Məbud Məhərrəmov VİDEO

İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri keçirilib

Babək rayonunda minik avtomobili yanıb

İlk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” layihəsi keçiriləcək

YAP Gəncə şəhər təşkilatı bayram sovqatı paylayıb

Argentina millisində növbəti itki yaşanıb

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Çingiz Abdullayev VİDEO

Niderland millisinin aparıcı üzvü sıradan çıxıb

İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib

Azərbaycan teatrının əfsanəvi Məcnunu

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Millətlər Liqası: Türkiyə Macarıstanı, Xorvatiya Fransanı qəbul edəcək

“Bir sual, bir cavab”: Novruz xatirələri – Salman Qəmbərov VİDEO

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

Bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət olunub VİDEO

“Bir sual, bir cavab”: Novruz xatirələri – Mənsum İbrahimov VİDEO

Vatikan uşaqlar üçün video oyun hazırlayıb

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Novruz bayramı və yaz fəsli: fərqlər və eyniliklər – alimin mülahizələri

Azərbaycanlı tələbələrin Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

Britaniyada şəxsi silah satışları ilə bağlı qaydalar sərtləşdiriləcək

Azərbaycanda Novruz bayramıdır

132/110/35/10 kilovoltluq yeni "Culfa" yarımstansiyasında sınaq-sazlama işləri yekunlaşıb

Çində kosmosda faydalı qazıntılar çıxarmaq üçün robot hazırlanıb

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

İtaliyanın bu qəsəbəsində evlər 1 avroya satılır

Azərbaycanın investisiya mühiti Türkiyədə tanıdılır

Qazaxıstanda yüzlərlə silah aşkar edilib

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

ABŞ-ın Merilend ştatının qubernatoru Novruz bayramı ilə bağlı bəyanat imzalayıb

Ukrayna F-16 qırıcılarının yeni partiyasını qəbul edib

Şuşada Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir

3 ölkə Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib

Bağdad Universitetində Azərbaycanla bağlı doktorluq dissertasiyası müdafiə edilib

ABŞ Dövlət katibi və milli təhlükəsizlik müşaviri Zelenski ilə Tramp arasında danışıqlara dair bəyanat yayıblar

“Santander” bankı Britaniyada filiallarının dörddə birini bağlayacaq

İstanbulda Novruz bayramı qeyd olunub

Lənkəranın Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

Vyetnamda Novruz şənliyi təşkil olunub

Volodimir Zelenski ABŞ Prezidenti ilə telefon danışığının ilkin nəticələrini açıqlayıb

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində iftar mərasimi təşkil olunub

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib

Türkiyəli ekspert: İrəvanın mövqeyindəki ziddiyyətlər regional münasibətlərin normallaşmasını ləngidir

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub VİDEO

Serbiya parlamenti hökumətin istefasını təsdiqləyib

ABŞ və Ukrayna prezidentləri telefonla danışıblar

İtaliya sahillərində miqrantların olduğu qayıq batıb

Naxçıvan Hərbi Kollecində Novruz bayramı qeyd olunub

“Azərpoçt” poçtdaşıma mərkəzində robotları sınaqdan keçirib

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edib

Bratislavada Novruz bayramı qeyd olunub

Bir qrup mədəniyyət xadimi Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Yeni gün” adlı bayram tədbiri keçirilib

Azərbaycan və Niderlandın xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyənin ədliyyə naziri: İstintaq bütün aspektləri ilə diqqətlə və həssaslıqla aparılır

OECD-in nümayəndələri: Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir

Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda saxlanılaraq Qazaxıstana təhvil verilib

DİN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

NDU-da “Elm Günü”nə həsr olunan konfrans keçirilib

® ABB-nin dəstəyi ilə “Şuşa baharı” başlandı!

ABŞ mətbuatı: Azərbaycan danılmaz geosiyasi gücə malik çox güclü beynəlxalq mövqedə olacaq

Daşkənddə “Novruz- Milli dəyərlərin və mədəni əlaqələrin bayramı” adlı konsert təşkil olunub

“Israel HaYom”: Azərbaycan dilinin İranda statusu ispan dilinin ABŞ-dakı statusu kimi olmalıdır

Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə biləcək qeyri-pedaqoji ixtisasların siyahısı açıqlanıb

® Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi Novruz və Ramazan bayramı günlərində 7/24 rejimində fəaliyyət göstərəcək

Mil-Muğan regionunda Baharın gəlişi ilə bağlı festival təşkil edilib VİDEO

Yol polisi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib

Prezidentin AMEA-nın 80 illiyi ilə bağlı Sərəncamı Azərbaycan elminə verilən yüksək dəyərin ifadəsidir

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

İşğaldan azad torpaqlarda alovlanan Novruz tonqalları milli həmrəyliyin və qürurun rəmzidir ŞƏRH

AQTA: "Şüa" restoranında nöqsanlar aşkarlanıb

Maliyyəşmədən məhrum olan “Azadlıq Radiosu” USAGM-i məhkəməyə verir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Kürdəmirdə vətəndaşlarla görüşəcək

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb

Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub

Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Səbail rayonunda ictimai sahənin qanunsuz zəbt edilməsi aşkar edilib

Bakıda mikromobillik zolaqları şəbəkəsinin daha da genişləndirilməsi hədəflənib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara müraciət edib

Azərbaycan-ABŞ enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Nazir Adil Kərimli Bakı şəhərində bir qrup vətəndaşın müraciətlərini dinləyib

® "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Macarıstan ABŞ və Rusiya prezidentləri arasında danışıqları alqışlayır

Qazaxıstan Macarıstana 95 növ mal üzrə ixrac strukturunu artırmaq niyyətindədir

“ExxonMobil” korporasiyası ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

AQC sədri Türk Dövlətləri Qiymətləndiricilərinin IV Konqresində təltif olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin ilkin mərhələsinin müddəti uzadılıb

“Azərkosmos” “Azerspace-1” üzərindən “IoT” xidmətini aktivləşdirib

“Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Monteneqro millisinin sabiq hücumçusu 43 yaşında dünyasını dəyişib

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-Bəhreyn əməkdaşlığının perspektivləri müzakirə olunub

Gürcüstanda yaşayan soydaşımız Tbilisi çempionatında gümüş medal qazanıb