Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Birgə bəyanat: Azərbaycan Ermənistandan Üzeyir Hacıbəylinin əsərlərinin mənimsənilmə hallarının aradan qaldırılmasını tələb edir

Bakı, 7 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin və Azərbaycan musiqi irsinin digər nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı birgə bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsi guya erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında yerləşdirildiyi bildirilir və bu mənimsəmə halının haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən kütləvi etiraza səbəb olduğu vurğulanır. Bəyanatda deyilir:

1. Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” musiqili komediyasının (“Komediya”) musiqisini 1910-cu ildə, “Arşın mal alan” komediyasını isə 1913-cü ildə yazıb. Komediya 1913-cü il oktyabrın 25-də Bakıda H.Z.Tağıyev teatrında şəhnələşdirilib və ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Müslim Maqomayev olub. İlk dəfə 1911-ci ildə səhnələşdirilmiş Üzeyir bəyin “O olmasın, bu olsun” komediyasının musiqisinin və librettosunun müəllifi olması ümum qəbul edilmiş faktdır, onu sübut edən çoxsaylı mənbələr, o cümlədən dövrə aid yazılar, tamaşa afişaları, not yazıları və s. sənədlər mövcuddur.

2. Komediyanın librettosu bir çox dillərə tərcümə olunaraq, komediya müxtəlif ölkələrin səhnələrində tamaşaya qoyulub.

3. Komediyanın əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən eyniadlı film çəkilib. Filmin ssenari müəllifi Sabit Rəhman, rejissoru Hüseyn Seyidzadə, musiqi redaktoru böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovdur.

4. Komediyanın ilk tamaşaya qoyulduğu, yəni kütləvi ifası tarixindən bu günədək əsərin bu və ya digər hissəsi ermənilər tərəfindən mənimsənilib və ifa edilib. Həmin mənimsəmə hallarının bəziləri aşağıda sadalanıb:

- erməni bəstəkarı Arno Babacanyan komediyanın bir hissəsini 1982-ci ildə keçmiş SSRİ televiziyasında yayımlanan verilişlərin birində guya özünün müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında ifa edib, həmin ifa sonradan “Youtube” platformasında yerləşdirilib;

- Con Suyan (2009), Endryu Boldi (2016), Aida Avanesyan (2021), Marian Vartapetyan (2021), Raffi Besalyan (2021), Kristina Tokatliyan (2022), Hayk Melikyan və digərləri də komediyanın sözügedən hissəsini “erməni musiqisi” kimi ifa edərək “Youtube” platformasında yerləşdirib;

- vaxtilə “Soyuzmultfilm” studiyasında istehsal edilmiş “Pyos i kot” adlı cizgi filmində komediyanın məşhur hissəsi - Məşədi İbadın “Gəl xanım, gəl yanıma...” ariyası erməni musiqisi kimi təqdim edilib. Filmin titrlərində bəstəkarın adı Karen Xaçaturyan olaraq qeyd edilib. K.Xaçaturyanın törətdiyi plagiatlıq faktı ilə bağlı 2010-cu ildə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi “Detskiy mir” teleşirkətinə bildiriş göndərərək, həmin cizgi filminin nümayişinin dayandırılmasını tələb edib. Məsələ ilə bağlı sübutedici sənədlərlə birlikdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) etiraz məktubu da göndərilib.

- 2011-ci ildə Rusiyanın “Mir” Dövlətlərarası televiziyasında Ermənistanla bağlı nümayiş etdirilən sənədli filmdə erməni bəstəkarı Komitas (Soqomon Soqomonyan) tərəfindən işlənmiş “Eranqi” adlı əsərdən istifadə olunub. Erməni rəqsi kimi təqdim edilən bu “əsər” də “O olmasın, bu olsun”un Arno Babacanyan tərəfindən mənimsənilərək “Vaqarşabat rəqsi” adı altında təqdim edilən hissəsi ilə eynilik təşkil edir.

5. Üzeyir Hacıbəylinin əsərlərinin ermənilər tərəfindən mənimsənilməsi təkcə “O olmasın, bu olsun” ilə məhdudlaşmayıb:

- 1915-ci ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası guya səhvən “erməni operettası” kimi təqdim olunub, bununla bu operettanın mənimsənilməsinin əsası qoyulub;

- SSRİ dövründə “Arşın mal alan” ermənilər tərəfindən tamaşaya qoyularkən bilərəkdən müəllifin adı göstərilməyib, titrlərdə yalnız erməni ifaçıların adları qeyd edilib;

- 1980-ci illərdə Arno Babacanyan SSRİ mərkəzi televiziyasının verilişlərinin birində çıxış edərkən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının “kökləri”ni Qarabağın hansısa erməni kəndlərindən birində oxunan melodiyalarda “tapmış” və bununla da dolayısı yolla böyük Azərbaycan bəstəkarını plagiatçılıqda günahlandırmağa cəhd edərkən, əslində, özünə haqq qazandırmağa çalışıb, “Vaqarşabat rəqsi”nin melodiyasının Üzeyir bəydən yox, guya erməni xalq musiqisindən götürüldüyünə işarə edib.

6. Ermənilərin Azərbaycan musiqi irsini mənimsəməsi yalnız Üzeyir Hacıbəylinin əsərləri ilə məhdudlaşmayıb və ya onun əsərləri ilə başlamayıb. Ermənilər 17-18-ci əsrlərdən başlayaraq Azərbaycan xalqının mədəni irsini, o cümlədən musiqi irsini sistemli və davamlı şəkildə mənimsəmiş və özününküləşdirmiş, bu gün də davam edən və Azərbaycan ictimaiyyətinə məlum olan plagiatçılıq halları ermənilərin sistemli mənimsəmə siyasətinin bir parçası və üzdə görünən hissəsidir. Buna misal olaraq aşağıdakı faktları qeyd edirik:

- 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutu yanında yaradılan, xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi ilə məşğul olan xüsusi bölmənin əsas məqsədi məhz Qərbi Azərbaycan torpaqlarında xalq musiqimizi və rəqslərimizi nota almaq olub. Bu bölməyə ermənilər tərəfindən çoxsəsli klassik erməni musiqisinin banisi kimi təqdim edilən S.Komitasın şagirdi S.Məlikyan rəhbərlik edirdi.

- Sözügedən Komitas uzun müddət bəstəkar kimi yox, etnoqraf kimi tanınırdı. 1959-cu ildə nəşr edilmiş “Ensiklopedik musiqili lüğət”dən göründüyü kimi, Komitas Üzeyir Hacıbəylinin musiqisinin mənimsənilməsi nümunəsi olan “Erangi” rəqsi də daxil olmaqla üç mindən artıq musiqi əsərini nota köçürüb. Hazırda həmin əsərlərdən 500-ə yaxını məlumdur, həmin əsərlərin böyük qismi Azərbaycan musiqisidir.

- Komitas tərəfindən nota köçürülmüş Azərbaycan musiqi irsi nümunələrindən biri “Yes keza tesa” adı altında erməni xalq mahnısı kimi təqdim edilmiş Azərbaycan xalq mahnısı “Sarı gəlin”dir (“Etnoqrafik toplu”, с.1, № 56). Digər mahnılar sırasında “Sarı gəlin” Azərbaycan xalq mahnısı da S.Məlikyan tərəfindən Komitasın “Etnoqrafik toplusu”nda şərhlə nəşr olunub. Bu toplu sonralar SSRİ xalqları musiqisi tarixində (1, 1970) bəstəkar K.Zaxaryanın işləməsində (təxminən 30-cu illərdə) verilib.

- Matenadaran və Ermənistanın digər arxivlərində saxlanılan 17-19-cu əsrlərə aid erməni əlyazmalarında qədim Azərbaycan mahnıları və havalarına geniş rast gəlinir. Qərbi Azərbaycan torpaqlarına yerləşdikdən dərhal sonra ermənilər Azərbaycan folkloru nümunələrini kütləvi şəkildə toplamağa, erməni əlifbasının transkripsiyasında yazmağa, erməni dilinə tərcümə etməyə, arxivlərdə saxlamağa, nəşr etməyə, gündəlik həyatda geniş istifadə etməyə başlayıblar. Beləliklə, həmin əsərlər ermənilərin “milli” mədəniyyət nümunələri kimi təqdim edilməyə başlanılıb. Buna misal R.Boyaçyan tərəfindən toplanmış və A.Seriyeks tərəfindən çapa hazırlanmış “Erməni xalq nəğmələri” kitabının Paris nəşridir.

- Azərbaycan milli irsini, xüsusilə də musiqi irsini sistemli mənimsəmələrini dərinləşdirmək və əsaslandırmaq məqsədilə erməni müəlliflər mövcud olmayan mənbələr uydurur, növbəti “əsər”də həmin uydurma mənbəyə istinad edərək, “istinadlar zənciri” yaradırdı. Bu plagiatçılıq texnikasından istifadə bu gün də davam etməkdədir.

7. Ermənilərin törətdiyi kütləvi plagiat özləri və digər müəlliflər tərəfindən etiraf edilib:

- 19-cu əsrin məşhur erməni xadimlərindən biri olan M.Nalbandyan yazırdı ki, erməni “... melodiya və havalarının çoxu türklərdən [azərbaycanlılardan] götürülmüşdür. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam! Düşünürəm ki, bizim musiqi alətlərinin adları: saz, santur, kaman - hamısı türkcədir” (“Qədim şeirlər və mahnılar haqqında”, Əsərlərinin tam külliyyatı, c. 1).

- Məşhur ədəbiyyatşünas S.Palasanyan 1868-ci ildə özünün “Erməni melodiyaları” kitabında etiraf etmişdir ki, “...ümumiyyətlə, biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik...”.

- X.Abovyan “...ermənilər ancaq türkcə (azərbaycanca) oxuyurlar”, çünki “ermənilərin mahnı ilə dastanları yoxdur”, A.Brutyan “ən məşhur erməni muğam ifaçıları Bakıdan və Şuşadan çıxmışlar”, Q.Ağayan isə “bu dil (Azərbaycan) ermənilər üçün doğma kimidir. Məhz buna görə də biz azərbaycanca oxuyuruq” cümlələrində plagiatçılıq siyasətini etiraf ediblər.

- A.Koroşşenko “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” əsərində yazırdı ki, “...ermənilərin özlərinin xalq musiqisi yoxdur” (“Moskva xəbərləri”, 1896). Sovet dövründə xalq musiqisinin toplanması və yazıya köçürülməsi ilə məşğul olmuş erməni bəstəkarı və musiqişünası Sp.Melikyan da Koroşşenko ilə həmfikir idi.

- M.Muradyan və Q.Tiqranovun da redaksiya heyətinə daxil olduğu “SSRİ xalqları musiqisinin tarixi”ndə (Moskva, 1970) qeyd edilib: “O, [xalq musiqisini toplamaq və yazmaq məqsədi ilə], ekspedisiya işlərində müntəzəm iştirak edərək, əsl xalq mahnılarını aşkar edib qələmə alarkən erməni xalq musiqisinin orijinallığını, özünəməxsusluğunu inkar etdi”. Məhz bu səbəbdən M.Muradyan “XIX-XX əsrlərdə erməni-rus musiqi əlaqələri tarixindən” əsərində Sp.Melikyanın fikrini əsaslandıran “təsir nəzəriyyəsi”ni kəskin tənqid etmişdir, çünki bu nəzəriyyəyə əsasən, “erməni musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığımından ibarətdir”.

8. Azərbaycan mədəni irsi mədəniyyət və əqli mülkiyyət qanunvericiliyi ilə qorunmaqdadır. Azərbaycan mədəni irsinin ictimai varidat olmuş ən görkəmli nümunələri, o cümlədən Üzeyir bəy Hacıbəylinin əsərləri Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli 211 saylı Qərarı ilə dövlət varidatı elan edilib və onlardan istifadə xüsusi qaydalara əməl etməklə, mümkündür. Dövlət varidatı elan edilmiş əsərlərin müəlliflərinin, o cümlədən Üzeyir bəyin müəlliflik hüquqları pozulduqda, onun vərəsələri ilə bərabər Əqli Mülkiyyət Agentliyi həmin hüquqların bərpası məqsədilə məhkəmə iddiası qaldırmaq hüququ əldə edib.

9. Azərbaycan mədəni irsinin, o cümlədən xalq mahnılarının və rəqslərinin, bəstəkar əsərlərinin oğurlanması faktlarının toplanması, sistemləşdirilməsi və ictimailəşdirilməsi, habelə bu cür plagiatçılıq hallarının azaldılması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Əqli Mülkiyyət Agentliyinin fəaliyyətlərinin prioritet istiqamətlərindən biri olub. Belə ki,

- Kütləvi mənimsəmə və plagiatçılıq faktlarını sübut etmək üçün Əqli Mülkiyyət Agentliyi erməni və xarici mənbələr əsasında Azərbaycan, ingilis, rus və rumın dillərində “Erməni yadelli nağılları” kitabını, habelə “Gəldim, gördüm, mənimsədim...”, “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ” və s. kitablarını nəşr etmiş və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsilə yayıb.

- Mədəniyyət Nazirliyinin erməni lobbisinin ən güclü olduğu ölkələrdən biri olan Fransanın “Mezzo” kanalı ilə bağladığı müqaviləyə əsasən həyata keçirdiyi bir neçə irimiqyaslı layihə çərçivəsində Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Hacı Xanməmmədovun, Arif Məlikovun və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri məşhur konsert salonlarında dünya şöhrətli solist və orkestrlər tərəfindən Azərbaycan musiqisi kimi ifa olunub. Həmin layihələr “Mezzo” telekanalı tərəfindən lentə alınaraq 5 il ərzində müxtəlif vaxtlarda bütün dünyaya yayımlanacaqdır.

- Bundan əlavə, ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlikləri, mədəniyyət mərkəzləri ilə birgə layihələr hazırlanır. Keçirilən tədbirlərdə Azərbaycan musiqisi haqqında məlumatlar verilərək konsert proqramında səsləndirilir.

- Əqli Mülkiyyət Agentliyi BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış qurumu olan və 190-dan artıq dövlətin üzv olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatına erməni plagiatçılığı ilə bağlı çoxsaylı müraciətlər ünvanlayıb. Bu müraciətlər mütəxəssis rəyləri, sübutedici sənədlər və tarixi mənbələr əsasında tərtib edilib.

Qeyd edilənlərlə bağlı bəyan edirik ki, BMT üzvü olan Ermənistan Respublikası iştirak etdiyi beynəlxalq müqavilələr vasitəsilə əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı üzərinə götürdüyü çoxsaylı vəzifə və öhdəliklərini yerinə yetirmir, digər məsələlərdə olduğu kimi, əqli mülkiyyət sahəsində də beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edir.

Ermənistan Respublikasının müvafiq dövlət orqanlarından Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” əsərlərinin yuxarıda qeyd edilən mənimsənilmə hallarının aradan qaldırılmasını, Üzeyir Hacıbəylinin müəllif hüquqlarının bərpa edilməsini, habelə Ermənistan Respublikasının ərazisində və ya onun subyektləri tərəfindən Azərbaycan mədəni irsi, xüsusilə də musiqi irsi nümunələrinin kütləvi şəkildə mənimsənilməsi hallarını təcili surətdə araşdırmağı və aradan qaldırmağı, beynəlxalq hüquqa və daxili milli qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb etməyi, görülmüş tədbirlər barədə ÜƏMT-yə məlumat verməyi tələb edirik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Ukraynanın enerji obyektlərinə güclü zərbələr endirib

Muxtar Babayev: COVID-19 ilə iqlim dəyişikliyinə qarşı birgə mübarizəmiz arasında paralellər olduqca əhəmiyyətlidir

AMEA və Çinin Hebey Sosial Elmlər Akademiyası əməkdaşlıq edəcək

Yeni Kaledoniyanın xarici işlər naziri: Fransanı xalqımızın hüquqlarını tanımağa çağırırıq

Dəniz Nəqliyyatı sahəsində İnsan Resurları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans keçirilir

“Araz-Naxçıvan” klubunun yay hazırlıq planı açıqlanıb

Məcnun Məmmədov: Aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur

Nigar Arpadarai: COP29-da əsas prioritet iqlim dəyişikliyi problemlərinin həllinə sərmayə cəlb etməkdir

Bu gün görkəmli bəstəkar Cahangir Cahangirovun doğum günüdür

Nazir: Kənd təsərrüfatı təyinatlı ərazilərinin 25 faizi sığorta təminatına alınıb

BANM tələbələri ABŞ Dövlət Departamentinin proqramının qalibi olublar

Rusiya XİN Paris ilə İrəvanın hərbi əməkdaşlığını şərh edib

Petre Roman: Xəzər dənizi suyunun getdikcə azalması son illər böyük narahatlıq doğurur

Milli Kitabxanada “Professor Nazim Axundоv-100” adlı kitab sərgisi açılıb

AMB sədri: Son üç ilə görə sığorta sektorunun aktivləri 34,2 faiz artıb

Azərbaycanda beynəlxalq sığorta forumu keçirilir

Avro-2024: İngiltərə Danimarkaya, İspaniya İtaliyaya qarşı

Şimali Kaliforniyada meşə yanğınları tüğyan edir

Azərbaycanı Dünya Kubokunda 14 şahmatçı təmsil edəcək

DİN: İyunun 19-da 28,5 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Ombudsman: Xəzər dənizinin sahilindəki aksiyanın məqsədi dənizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında cəmiyyətin rolunu artırmaqdır

Alimlər superkütləli qara dəliyin uğultusunu qeydə alıblar

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Qırğızıstanın sabiq Baş naziri: Azərbaycanda İKT sektorunun inkişafına xüsusi diqqət göz önündədir

Miliça Peyanoviç-Durisiç: COP29 yeni biologiya, İKT və süni intellekt sahələrinin geniş müzakirə ediləcəyi məkan olmalıdır

DİN: İyunun 19-da 1 avtomat silah və 5 tüfəng təhvil götürülüb

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumu keçirilir

Bakıda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçiriləcək

DİN: İyunun 19-da 43 cinayətin açılması təmin olunub

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı davam edir

Kənd təsərrüfatı nazirinin müavini Zərdabda vətəndaşlarla görüşəcək

Azərbaycan nefti 88 dollaradək bahalaşıb

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub

Ağcabədidə yabanı halda bitən çətənə kolları məhv edilib

Yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquqi islahatlar Azərbaycanı dünyada demokratik dövlət kimi tanıdıb

Şəkidə məktəbdə baş verən yanğın söndürülüb

Sabahdan müəllimlərin sertifikatlaşdırılması imtahanı başlanır

ADY gecikməyə görə sərnişinlər üçün ödənişsiz avtobus və qatarlar təyin edib

Paris Prokurorluğu aksiyaçının qolunu qoparan polisi məsuliyyətə cəlb etməyib

Çexiyada Orta əsrlərə aid dəfinə tapılıb

Rişi Sunakın mühafizəçisi seçki tarixi ilə bağlı mərcə girdiyi üçün saxlanılıb

Avropa Komissiyası bir neçə ölkəni cərimələyə bilər

Ukrayna ilə Gürcüstan arasında bərə reysləri bərpa olunacaq

Britaniyada iqlim fəalları tarixə abidəni narıncı rəngə boyayıblar

Yunanıstanda yanğına görə 3 kənd təxliyə edilib

Avro 2024: Şotlandiya - İsveçrə matçında qalib müəyyənləşməyib

Tədqiqat: Yaşlı vaxtda fiziki məşqlər sağlamlığa müsbət təsir göstərir

Türk şirkəti Azərbaycanda zəlzələ risklərini modelləşdirməyi planlaşdırır

Bakı Təşəbbüs Qrupunun BMT-nin mənzil-qərargahında kolonializmə qarşı mübarizəyə həsr olunmuş növbəti konfransı keçiriləcək

Avro-2024: Almaniya millisi növbəti qələbəsini qazanıb

Almatıda “Aybın” gənclərin X Beynəlxalq hərbi-vətənpərvərlik toplanışına start verilib VİDEO

Cənubi Koreyada fövqəladə demoqrafik vəziyyət elan edilib

Ermənistan KTMT-nin Xarici İşlər Nazirləri Şurasının Almatı iclasında iştirak etməyəcək

Avropa İttifaqı Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanatını yayıb

Keniyanın dövlət televiziyası neokolonializmə qarşı Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən bəhs edən reportaj hazırlayıb

Füzuli-Ağdam yolunda baş verən qəzada iki nəfər ölüb

Malayziya nəşrində “Azərbaycan və COP29” başlıqlı məqalə yayımlanıb

Rusiya Prezidentinin KXDR-ə səfəri başa çatıb

Azərbaycanın qadın güləşçisi Kazanda qızıl medal qazanıb VİDEO

FHN-in nümayəndə heyəti Belarusda səfərdədir VİDEO

Naxçıvanda Qərbi Azərbaycanla bağlı yeni kitab və jurnalın təqdimatı olub

Sabirabadda yanğın zamanı iribuynuzlu heyvanlar tələf olub VİDEO

Mal-qaranın güzəştli sığortası başlayıb - sığorta haqqının 50 faizini dövlət ödəyir

RF XİN: Rusiya üçtərəfli sazişlər çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır

Ukraynada hərbi polis yaradılır

Misirdən olan 600 zəvvar Həcc ziyarəti zamanı istidən dünyasını dəyişib

Avro-2024: Xorvatiya-Albaniya oyununda qalib müəyyənləşməyib

Paytaxtda bəzi yollarda sıxlıq müşahidə olunur

Qurban Qurbanov: Çempionlar Liqasındakı ilk matça psixoloji baxımdan tam hazır olmağa çalışmalıyıq

Aİ Ukraynadan yumurta idxalına kvota və rüsumları bərpa edəcək

“Sabah”ın baş məşqçisi: Rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik

“Sumqayıt”ın baş məşqçisi: “Fehervar”la oyunda sərfəli nəticə əldə edib, səfərə rahat yollanmaq istəyirik

Polşanın Baltik sahillərində NATO-nun taktiki təlimləri başlayıb

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Çadda partlayış nəticəsində 9 nəfər ölüb, 46 nəfər yaralanıb

XİN: Ermənistan təxribatlar və manipulyasiya dolu fikirlər əvəzinə, sülh prosesinə töhfə verməlidir VİDEO

Azərbaycan beynəlxalq multiidman turnirində 14 cüdoçu ilə təmsil olunacaq

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində günün sonuncu panel iclası təşkil edilib

® BYD: Elektrikli Avtomobillər və Sürətli İnkişaf

Konfrans Liqası: “Sabah” və “Sumqayıt”ın rəqibləri müəyyənləşib

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” mövzusu müzakirə olunub

Xorvatiyanın sabiq Prezidenti: Daha yaxşı gələcək üçün biz siyasətçilər də əlimizdən gələni edirik

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur

TƏBİB: 5 nömrəli Kliniki Doğum Evinin ərazisində baş vermiş yanğın zamanı xəsarət alan olmayıb

Yan Fişer: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə önəmli işlər görür

Rusiya XİN: Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir

Emmanuel Makronun nüfuzdan düşməsi onun partiyasından olan deputatlara mənfi təsir edir

Azərbaycanın iki avarçəkəni Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri başlayıb VİDEO

Putin KXDR ilə hərbi-texniki əməkdaşlığın mümkünlüyünü istisna etmir

Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub  YENİLƏNİB-2 VİDEO

Avropa Liqası: “Zirə”nin potensial rəqibi məlum olub

Riçard Verma: Biz Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik

Təhsilalanların musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulu üzrə imtahanlar başlanır

Çempionlar Liqası: “Fənərbağça”nın rəqibi bəlli olub

Dövlət qurumları bloklanarsa, Makronun istefadan başqa hansı seçimi var?

Maimuna Mohd Şərif: İqlim dəyişikliyinin qarşısının alınması üçün investisiya qoyuluşları zəruridir

Səfir: İtaliya COP29-da əsas qəhrəmanlardan biri kimi iştirak edəcək

İtaliyanın qida və içki sektorlarının təbliğinə həsr olunmuş silsilə tədbirlər keçirilib VİDEO