İQTİSADİYYAT
Birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyat məsələləri üzrə işçi qrupunun iclası keçirilmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Bakı şəhərində 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) nəqliyyat məsələləri üzrə işçi qrupunun ilk iclası keçirilmişdir.
NİİM-dən AZƏRTAC-a bildirmişlər ki, “Bakı-2015” Əməliyyat Komitəsinin nəqliyyat departamentinin direktoru Panayotis Protopsaltis çıxış edərək Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyat məsələləri üzrə işçi qrupunun təsis olunmasını yüksək qiymətləndirmişdir. O, Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı “Nəqliyyatın təşkilinin təsviri və gələcək addımlar” mövzusunda təqdimatla çıxış etmişdir.
Təqdimatda birinci Avropa Oyunları ilə bağlı tələblər, nəqliyyatın təşkili işinin əhatə sahəsi, əsas çətinliklər, Oyunlara uyğun müvafiq yol şəbəkəsinin yaradılması, ictimai nəqliyyatın resursları və s. barədə geniş məlumat verilmişdir.
Daha sonra müzakirələr aparılmış, müəyyən qərarlar qəbul edilmişdir.
Tədbirdə işçi qrupunun iclasının ayda iki dəfə keçirilməsi qərara alınmışdır.