CƏMİYYƏT
Birinci Qarabağ müharibəsinin əlillərinə birdəfəlik ödəmələrin verilməsinə yaxın günlərdə başlanılacaq
Bakı, 7 may, AZƏRTAC
Birinci Qarabağ müharibəsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik ödəmələrin verilməsinə yaxın günlərdə başlanılacaq.
Prezident İlham Əliyevin 2021-ci ilin dekabr ayında imzaladığı Fərman 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin isə ailə üzvlərinin birdəfəlik ödəmə ilə təmin olunmasını nəzərdə tutur. Bu sosial dəstək tədbiri ilə bağlı hazırlıq işləri artıq yekunlaşır və yaxın günlərdə həmin ödənişlərin verilməsinə başlanılacaq.
Bunu AZƏRTAC-a əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.