BİRİNCİ RÜBDƏ 114 ÖLKƏ İLƏ ALQI-SATQI ƏMƏLİYYATLARI APARILMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin birinci rübündə Azərbaycan Respublikası 114 ölkə ilə ticarət əlaqəsi saxlamış, 2,9 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır.
Xarici ticarət dövriyyəsinin 1,5 milyard dollarını (53,3 faiz) ölkədən ixrac olunmuş mallar, 1,4 milyard dollarını (46,7 faiz) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 191,8 milyon dollarlıq müsbət saldo yaranmışdır. Keçən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 40,9 faiz, o cümlədən ixrac 1,7 dəfə, idxal 19 faiz artmışdır.
İxrac-idxal əməliyyatlarının 26,1 faizi MDB, 24,1 faizi Avropa Birliyi ölkələri ilə, 49,8 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 43,5 faizi Avropa, 39,6 faizi Asiya, 15,6 faizi Amerika, 1,1 faizi Afrika qitəsi ölkələrinin, 0,2 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81 faiz) Rusiya, ABŞ, Türkiyə, İsrail, Ukrayna, Hindistan, İran, İtaliya, Almaniya, Çili, Qazaxıstan, Gürcüstan, Çin, Yunanıstan, Birləşmiş Krallıq və Rumıniya dövlətləri ilə aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]