Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci rübdə Azərbaycan Rusiya, Türkiyə və Gürcüstana 450 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib

Birinci rübdə Azərbaycan Rusiya, Türkiyə və Gürcüstana 450 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib

Bakı, 30 aprel, AZƏRTAC

“İxrac icmalı”nın aprel sayına əsasən, cari ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 771,9 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-mart aylarında yeyinti məhsulları 15,1 faiz artaraq 224,7 milyon dollara bərabər olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-mart aylarında ixrac olunan qiymətli və ya azqiymətli daşlar və metallar ötən ilin müvafiq dövrünə nəzərən 46,7 milyon dollar və ya 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 9,1 milyon dollar və ya 76,8 faiz, kimya sənayesi məhsulları 21,9 milyon dollar və ya 33,4 faiz, şəkər 976,3 min dollar və ya 18,8 faiz, meyvə-tərəvəz 20,8 milyon dollar və ya 15,7 faiz, alüminium və ondan hazırlanan məmulatlar 4,9 milyon dollar və ya 10,2 faiz, spirtli və spirtsiz içkilər 724 min dollar və ya 5,7 faiz, çay 74,1 min dollar və ya 5,1 faiz, bitki və heyvan mənşəli piylər və yağları 237,9 min dollar və ya 4,2 faiz, pambıq iplik 22,1 min dollar və ya 0,4 faiz artıb.

2025-ci ilin yanvar-mart aylarında aqrar məhsullar 12,3 faiz artaraq 170,5 milyon dollar, aqrar-sənaye məhsulları 17,6 faiz artaraq 69,1 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 13,8 faiz artaraq 239,6 milyon dollar təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (65,2 milyon dollar) birinci olub. Bu siyahıda karbamid (48 milyon dollar) ikinci, pomidor (tomat) (44,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. Cari ilin mart ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (17,8 milyon dollar) ikinci, pambıq (15,9 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Bu ilin ilk üç ayında Rusiyaya 232,9 milyon dollar, Türkiyəyə 134,3 milyon dollar, Gürcüstana 80,6 milyon dollar, İsveçrəyə 69,6 milyon dollar, Ukraynaya isə 51,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin mart ayında Rusiyaya 82,1 milyon dollar, Türkiyəyə 51,5 milyon dollar, Gürcüstana 27,7 milyon dollar, İsveçrəyə 26 milyon dollar, BƏƏ isə 10,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Bu ilin ilk rübü üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC," Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, P-AQRO MMC, LEPIN LM Məhdud Məsuliyyətli Cəmiyyəti, “Avrora” MMC, "Export Stream" MMC, KHAN-EL MMC, BİNƏ AQRO QSC, "Sahdag Sy" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “AzərEnerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Qaradağ Şüşə Zavodu” ASC.

2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. 2025-ci ilin mart ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,3 milyon dollar dəyərində xidmət ixrac edib. 2025-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1 milyon dollar ilə Birləşmiş Krallıq, 890,3 min dollar ilə Lüksemburq, 213,4 min dollar ilə Nigeriya, 179 min dollar ilə Misir və 174 min dollar ilə Pakistan qərarlaşıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərir

SAT imtahanına qeydiyyat davam edir

Bu ilin dörd ayında Azərbaycanı 735 mindən çox qonaq ziyarət edib

Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

Qahirədə Britaniya Beynəlxalq məktəbində Azərbaycan mədəniyyəti tanıdılıb

Mehmet Özkan: Türkiyə Maarif Vəqfinin 485 məktəbində 70 mindən çox şagird təhsil alır

Cəlilabadda polis əməliyyat keçirdi - 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlandı

Ramil İskəndərli: Azərbaycan Milli QHT Forumu vətəndaş cəmiyyətinin ideya generatoruna çevrilib

Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir

Bakıda BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsinin İdarəetmə Komitəsinin onuncu görüşü keçirilir

Finlandiya Rusiya aktivləri hesabına Ukraynanı silah-sursatla təmin edəcək

Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti mətbuat konfransı keçirir

Sumqayıt teatrında “Sehrli yaylıq” tamaşasının premyerası olub

“Qarabağ”ın xorvatiyalı qapıçısı: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik

bp: “Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı investisiya qərarının verilməsi son mərhələdədir

“Məhəbbət əfsanəsi” baletinə quruluş verən məşhur rusiyalı xoreoqraf vəfat edib

Azərbaycanın daha bir güləşçisi Rusiyadakı turnirdə fəxri kürsüyə qalxıb

FHN yanğın təhlükəli uşaq əyləncə mərkəzinin fəaliyyətini dayandırıb

Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

Doktoranturaya hazırlaşanlar üçün metodik vəsait nəşr edilib

“Hubble” teleskopu Böyük Magellan Buludu adlı “cırtdan” qalaktikanı tədqiq edir

IDEA Gəncə çayında təmizlik aksiyası keçirib

“Nissan” Yaponiyadakı zavodlarını bağlayacaq

Türkiyə Maarif Vəqfinin Azərbaycandakı fəaliyyəti və perspektivləri müzakirə edilib

Yaponiya bütün ölkələri atom bombardmanının ildönümü ilə bağlı Naqasakiyə dəvət edəcək

Peter Fişer: Diplomatlar Gürcüstanda məhkəmələrə təsir etməyə çalışırlar

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olacaq

Bakı Ali Neft Məktəbi ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında anlaşma memorandumu imzalanıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Şamaxıda

Qazaxıstanda Mərkəzi Asiyanın ən sürətli superkompüteri istifadəyə buraxılır

IDEA Kür çayının Xəzər dənizinə birləşdiyi hissəsində ənənəvi təmizlik aksiyası keçirib

Azərbaycan klubu italiyalı voleybolçunu transfer edib

İstanbulda 25-ci Türk Dünyası Uşaq Festivalı keçiriləcək

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırılması və ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb

“Ayaks" baş məşqçisi ilə vidalaşıb

Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib

Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

İspaniya turistlər üçün 65 mindən çox mənzil kirayəsi elanını bloklayıb

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Vaşinqtonda Suriya üzrə Türkiyə-ABŞ işçi qrupunun iclası keçiriləcək

Ər-Riyadda “Global Research Council”in 13-cü İllik Görüşü başlayıb - Azərbaycan Elm Fondu tədbirdə təmsil olunub

Böyük Britaniyada kiberhücum nəticəsində milyonlarla insanın şəxsi məlumatları oğurlanıb

® “Azercell” rəsmi olaraq “Əla iş yeri” kimi tanınıb

COP29 Sədrliyinin Nepala səfəri başa çatıb

Son dörd ayda əlilliyi olan şəxslərə 44,5 min reabilitasiya vasitəsi verilib

BDU-da “İsrail poeziyası: klassik və müasir dövr” mövzusunda tədbir keçirilib

“Sağlamlığa doğru qaç”: Bu dəfə səhiyyə işçiləri yarışdılar FOTO

“Araz-2025” birgə təliminin açılış mərasimi keçirilib VİDEO

“Araz-2025” birgə təliminin açılış mərasimi keçirilib VİDEO

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq

Terror qruplaşmasının fəaliyyətində iştirak edən Azərbaycan vətəndaşları saxlanılaraq ölkəyə gətiriliblər VİDEO

Terror qruplaşmasının fəaliyyətində iştirak edən Azərbaycan vətəndaşları saxlanılaraq ölkəyə gətiriliblər VİDEO

Yardımlıda ”28 May Müstəqillik Günü”nə həsr olunmuş voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Azərbaycanın olimpiya mükafatçısı “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb

Hava proqnozu: Leysan olacaq, dolu düşəcək

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Ağdamda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib

Türkiyəli ekspert: Ankara Cənubi Qafqazda Parisin addımlarını diqqətlə izləməlidir

Aveyron departamentində faşistlərin əsir tutub gətirdiyi yüzlərlə azərbaycanlı Fransanın azadlığı uğrunda mübarizə aparıb

Avropa İttifaqı və Böyük Britaniya sammit ərəfəsində ilkin razılıq əldə edib

Naxçıvanda Ailə Sağlamlıq mərkəzlərinin tibb heyəti üçün maarifləndirici təlim keçirilib

NBA: “Oklahoma-Siti Tander” yarımfinala yüksəlib

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib

Səhiyyə Nazirliyində İsveçrənin ölkəmizdəki səfiri ilə görüş keçirilib

Sabirabadda keçirilən Uşaq İncəsənət Festivalından fotolar

“Səma qəhrəmanları” adlı yeni layihə ictimaiyyətə təqdim olunub VİDEO

“Səma qəhrəmanları” adlı yeni layihə ictimaiyyətə təqdim olunub VİDEO

“Qəbələ” klubunun prezidenti: Yeni mövsümdə akademiyamızın yetirmələri ilə yanaşı, bir neçə legionerin transferi həyata keçiriləcək – MÜSAHİBƏ

DOST RİM beynəlxalq müsabiqədə qalib olub

Azərbaycan Boks Federasiyası ilə Özbəkistanın Boks Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Ali Məhkəmə daha yüngül cəza təyin edilən hallara aydınlıq gətirib

Mülki Məcəlləyə dəyişiklik: Müraciət etməmiş mirasçıların hüquqları qorunacaq

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edilib

Media: Yenidən silahlanma Avropa İttifaqının iqtisadiyyatını məhv edə bilər

Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirir - RƏY

Azərbaycan nümayəndə heyəti “Rusiya-İslam dünyası: Kazan Forum-2025” Beynəlxalq İqtisadi Forumunda iştirak edib

Pambığın alqı-satqısında elektron sənədləşdirmə sistemi tətbiq ediləcək

ARB Günəş TV-nin rəhbəri: Layihənin əsas məqsədi qəhrəman pilotlarımızın müqəddəs ruhunu yaşatmaqdır

Milli Məclisin nümayəndə heyəti İspaniyaya rəsmi səfər edib

Mülki Məcəllədə irsi transmissiya ilə bağlı yeni hüquqi mexanizmlər təklif olunur

DYP dumanlı hava ilə bağlı xəbərdarlıq yayıb

Seçki kampaniyası dövründə Kamala Harrisin məşhurlara ödənişləri araşdırılacaq

Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

DİM imtahan iştirakçılarına müraciət edib

Növbəti “Eurovision”un maliyyələşdirilməsi Avstriya hökumətini narahat edir

Məhv edilmiş yaşıllıq sahəsi bərpa olunub

Azərbaycan və Pakistan arasında bitki təhlükəsizliyi sahəsində yeni saziş: kənd təsərrüfatında strateji əməkdaşlıq güclənir

Lənkəranda çəltik əkini müasir texnikalarla aparılır FOTO

Baş Prokurorluğun idarə rəisi Qarabağ Universitetinin tələbləri ilə görüşüb

Azərbaycanlı alimlərin nəticəsi Kolmoqorov və Arnoldun işləri ilə eyni cərgədə

“Qarabağ” Azərbaycan çempionatları tarixində 100-cü böyükhesablı ev qələbəsini qazanıb

UNEC 95: Tələbəyönümlü ali təhsilin nümunəvi modeli

“Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb

Azərbaycan Astana Beynəlxalq Forumunda təmsil olunacaq

Londonda Böyük Britaniya və Avropa İttifaqı arasında “Brexit”dən sonrakı ilk rəsmi sammit keçirilir

ANAMA: Ötən həftə 59 mina və 377 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

Marko Veşoviç: “Qarabağ”da qalsam, ən böyük arzum Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır

Azərbaycan millisinin voleybolçusu: Avropa Qızıl Liqasında hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır

Prezidentin Albaniya səfəri yaddaşlarda rəsmi Bakının Avropa zəfəri kimi qalacaq ŞƏRH

Abşeron yarımadasının bəzi yerlərində leysan olacaq – XƏBƏRDARLIQ