Birinci rübdə Azərbaycanın ixracı artıb
Bakı, 30 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında Azərbaycanın ixracı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel sayında deyilir. Bildirilir ki, bu ilin birinci rübündə Azərbaycanın ixracı 4,5 milyard ABŞ dolları təşkil edib, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard dollar və ya 34 faiz çoxalıb.