Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışında iştirak edib

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni tədris korpusunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məruzə etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsdi.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasında və formalaşdırılmasında Heydər Əliyev Fondunun mühüm dəstəyi var. Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilənədək oğlanlar üçün açıq tipli xüsusi məktəb kimi fəaliyyət göstərən bu tədris ocağı Fondun təşəbbüsü ilə əsaslı təmir edilərək, zəruri tədris bazası ilə təchiz olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ildə DSX-nin Xüsusi Məktəbinin açılış mərasimində iştirak edib.

Yeni korpusun istifadəyə verilməsi ilə kursantlara daha keyfiyyətli təhsil vermək imkanları artıb. Burada zəngin ədəbiyyat fondu olan kitabxana yaradılıb, dərs otaqları ən yüksək səviyyədə qurulub və kursantların ixtiyarına verilib. Tədris ocağı müasir avadanlıqla təchiz olunub.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 12 illik təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb. Xüsusi Məktəb bu sistemin müstəsna əhəmiyyətli ilkin səviyyəsini təşkil edir. Yeni korpus istifadəyə verildikdən sonra burada təhsil alacaq kursantların sayının gələcəkdə 700 nəfərə çatdırılması mümkün olacaq.

Birinci vitse-prezident Mehriban Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşdü. Burada təhsil alanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, Azərbaycana ləyaqətli vətəndaş və peşəkar zabit kimi xidmət edəcəklərini dedilər.

Sonra kursantlar Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim etdilər.

Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzuladı.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib. 2015-ci ildən məzunları DSX-nin Akademiyasında təhsil alan məktəbin Nizamnaməsinə əsasən kursantların maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyat bacarıqlarına yiyələnmələri, milli mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmaları onları Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlayır.

DSX Xüsusi Məktəbinin yeni korpusunun ümumi sahəsi 11 min kvadratmetrdir. Burada 23 ümumi, 8 ixtisaslaşmış tədris, məntiq, fərdi hazırlıq sinifləri və 400 nəfərlik yataq otaqları yaradılıb. Kursantların idmanla məşğul olmaları üçün hərtərəfli şərait var. Təhsil ocağının su hovuzu müasir səviyyədə qurulub. Təhsil kompleksinin interaktiv atış kabineti də zəruri avadanlıqla təchiz edilib. Burada kursantlar atıcılıq üzrə vərdişlərini zənginləşdirirlər. Kursant yeməkxanasında da şəxsi heyətin qidalanması üçün zəruri şərait yaradılıb. Bütün kompleks üzrə videomüşahidə sistemi tətbiq edilib. Bunun sayəsində də tədris prosesi və kursantların dərsdən sonrakı fəaliyyətləri nəzarətdə saxlanılır. Burada kursantların asudə vaxtlarını faydalı keçirmələri, intellektual və yaradıcı məşğuliyyətləri üçün də geniş imkanlar yaradılıb. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıqlar salınıb, 1000-dən çox ağac əkilib. İnşaat işləri zamanı kompleksdə müasir səviyyədə yeni sıra meydanı yaradılıb. Bundan başqa, kursantların atçılıq hazırlığı ilə məşğul olmaları üçün şərait var. Məktəbin ərazisində peyntbol və digər idman meydançaları da kursantların ixtiyarına verilib.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyada istivurma nəticəsində ölüm və xəstəlik halları artır

NİİM: Yolun hərəkət hissəsindən keçən iki piyadadan birini avtomobil vurub

“İdarəetmədə multikultural dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib

İTSDA-nın şöbə müdiri: Onkoloji xidmətlərin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi istiqamətində iş aparılır

İtaliyada nəqliyyatçılar tətil edirlər

Neftçi olmaq istəyən abituriyent imtahanda 400 bal topladı - REPORTAJ

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılması Türkiyə və Şimali Kipr mediasının diqqət mərkəzində olub

Son beş ayda müavinətlər üzrə 460, Prezident təqaüdləri üzrə 290 milyon manat ödənilib

UEFA Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının vaxtı bəlli olub

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru: Regional mərkəzlərin yaradılması əsas məqsədlərimizdəndir

İsveçdə relsdən çıxan tramvay binaya çırpılıb

İqtisadiyyatın “dəmir damarı”

Azərbaycana Çinin Çjentszyan əyalətindən tranzitlə Türkmənistandan keçən yükdaşıma marşrutu açılıb

Ötən gün vətəndaşların bank hesablarından 24 min manatdan çox vəsait oğurlanıb

Avstraliya öz vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Arxeoloji ekspedisiya: Xaraba Gilanda İçərişəhərə və Narınqalaya gedən yollar aşkar olunub

Tahir Gözel BMT tərəfindən təşkil olunan Okean Konfransına qatılıb

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində beş ayda 10 milyondan çox müraciət qeydə alınıb

İqlimşünas alimlər: Qlobal istiləşməni dayandırmaq üçün bəşəriyyətin iki ili qalıb

Klublararası dünya çempionatı: “Atletiko Madrid”dən asan qələbə, PSJ-dən gözlənilməz məğlubiyyət

Rusiya Prezidentinin xüsusi nümayəndəsi: Rusiya şirkətlərinə Azərbaycana investisiya qoymağı məsləhət görürəm

NBA: Final seriyasında hesab bərabərləşib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib VİDEO

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib VİDEO

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub

Bölgələrdə Məhsul festivallarına start verilir

İyunun 20-si Ümumdünya Qaçqınlar Günüdür

Qazaxda arpa biçininə başlanılıb

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

Dünya birjalarında neft ucuzlaşıb

Dünya çempionatı: Azərbaycan cüdo millisi Almaniya yığması ilə qarşılaşacaq

“Məktəbəqədər təhsildə liderlik” proqramının II çağırışı üzrə qəbul elan olunur

Yasamalda yanğın təhlükəli şirniyyat istehsalı və satışı obyektinin fəaliyyəti dayandırılıb

Bu gün görkəmli bəstəkar Cahangir Cahangirovun doğum günüdür

Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib

® "Araz"ın ilk "ZooShop" mağazası fəaliyyətə başladı

Sankt-Peterburqda MDB xəbər agentliklərinin iclası keçirilib

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Diplomatik korpus nümayəndələrinin Laçına səfəri başlayıb

Avropa ölkələri və İranın xarici işlər nazirləri İsveçrədə görüşəcəklər

Qulaqlıqda yüksək səslə musiqi dinləmək demensiya riskini artıra bilər

İqlim dəyişikliyi tənəffüs problemlərinin ağırlaşmasına səbəb ola bilər - ARAŞDIRMA

Britaniyalılar yenidən Avropa İttifaqına qayıtmaq istəyir

Meksika televiziyasında Azərbaycanın dünyada artan nüfuzundan danışılıb

Papa Leo: Günahsız insanlar ölür, silah istifadəsindən qaçmalıyıq

Daxili nitq terapiyası autizmli uşaqlarda emosional tənzimləməyə kömək edə bilər - ARAŞDIRMA

2024-cü ildə dünyada birbaşa xarici investisiyaların həcmi 11 faiz azalıb

Uzunmüddətli gəzinti xroniki belağrısı riskini azalda bilər – TƏDQİQAT

İspaniya NATO-nun hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmaq təklifini rədd edib

Almatıda Türk Opera Sənəti Festivalı keçirilir

Müdafiə Nazirliyi: Türkiyə regionda gərginlik fonunda dövlət sərhədinin mühafizəsinə dair tədbirləri gücləndirib

XİN rəsmisi: Bakıda keçirilmiş COP29 zamanı iqlim dəyişikliyi ilə mübarizədə konkret icra mexanizmləri təqdim edilib

Çində daşqın təhlükəsi ilə əlaqədar 70 min sakin təxliyə edilib

“Şəki Open 2025” beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Nigar Arpadarai: İqlimə dayanıqlı KOB-lar təşəbbüsümüzə 46 tərəfdaş qoşulub

İçərişəhərdə “Muğam saatı” səs performansı keçirilib

Xəzər dənizi vasitəsilə konteyner daşımalarının qiyməti azalır

Bonnda Tərəf Olmayan Tərəfdaşlarla Bakıdan Belemə Yol Xəritəsi üzrə məsləhətləşmələr keçirilib

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb VİDEO

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb

ADY-ın “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verilib

Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışlarda üç medal qazanıblar

Filarmoniyada Qara Qarayev adına Kamera Orkestrinin konserti keçirilib

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub VİDEO

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub VİDEO

Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

Ayxan Hacızadə: Ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir

Bakıda innovasiya festivalı keçirilir

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib YENİLƏNİB - 7  VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib YENİLƏNİB - 7 VİDEO

Qlobal Cənub QHT Platformasının ilk yan tədbiri 32 ölkədən QHT-lərin iştirakı ilə Almaniyada keçirilib

Almaniyanın “ACE” Qalereyasında COP29 Sədrliyinin Gənclər üzrə iqlim çempionunun komandası posterini təqdim edib VİDEO

Almaniyanın “ACE” Qalereyasında COP29 Sədrliyinin Gənclər üzrə iqlim çempionunun komandası posterini təqdim edib VİDEO

Şəhid övladları üçün ödənişsiz ingilis dili kursu təşkil edilib

Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş təşkil olunub

Qusarda keçirilən regional konfrans başa çatıb

Minskdə Azərbaycan və Belarus gənclərinin əməkdaşlığı müzakirə olunub

“Cinayətin növləri üzrə məhkumların sayı haqqında” 10-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 11 oktyabr tarixli 23/09 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Mustafa Hamarat: Qarabağda aparılan bərpa işləri təqdirəlayiqdir

Almaniyada “İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu” təşəbbüsünün hədəflərindən bəhs olunub

Sankt-Peterburqda OANA-nın 19-cu Baş Assambleyası keçirilir

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual oyun keçirilib

Vəkillər Şağan Reabilitasiya Pansionatında qazilərə pulsuz hüquqi yardım göstəriblər

Dövlət Neft və Sənaye Universiteti QS reytinqində dünyada 851–900-cü mövqedə qərarlaşıb

Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına dair məxfi əmri məhkəmədə tədqiq edilib

Altıncı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məşğulluq xidmətləri də təqdim edilir

COP29 və COP30 sədrlikləri “Uşaqlar, Gənclər, Sülh və İqlim Təhlükəsizliyi üzrə Qlobal Çərçivə Sənədi”nə dair müzakirələr aparıb

Edin Ceko İtaliya klubuna keçib

Azərbaycan və Polşa vergi sahəsində institusional əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirilib

Belarusla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Ədəbiyyat Muzeyində olub

Petro Koçi: Qarabağ gələcəkdə məşhur turizm məkanı ola bilər

Erhan Usta: Şuşada böyük dəyişikliyin şahidi oldum

“Görkəmli şair, tənqidçi-ədəbiyyatşünas Qasım Qasımzadə zamansızlıqda” - elmi sessiya

Şimali Makedoniya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

AQTA sədri ilə “Rosselxoznadzor” rəhbəri qida məhsullarının idxalına və ixracına dair məsələləri müzakirə ediblər

“AzerGold”da Türkiyənin “Aleks Metal Rafineri” şirkətinin rəhbəri ilə görüş keçirilib

“Xarici Siyasət Proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup xarici diplomatla görüş keçirilib

Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortadan

Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 153-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

AQTA-da yeni layihə çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər müzakirə olunub

QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Füzuli, Şuşa və Xankəndiyə səfər ediblər  YENİLƏNİB 2 FOTO VİDEO

QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Füzuli, Şuşa və Xankəndiyə səfər ediblər YENİLƏNİB 2 FOTO VİDEO