Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Sabir Zeynalovu təbrik edib
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında medal qazanması ilə bağlı paylaşım edib.
AZƏRTAC paylaşımı təqdim edir:
“Parataekvondoçu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.