DÜNYA
BMT Böyük Britaniyanın Ruandaya miqrant göndərmək planına qarşıdır
London,19 aprel, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı (BMT) Böyük Britaniyanın Ruandaya qeyri-qanuni miqrant göndərmək planına reaksiya verib.
AZƏRTAC xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından verilən yazılı açıqlamada qurumun qaçqın və qeyri-qanuni miqrantların üçüncü ölkələrə göndərilməsinə qəti şəkildə qarşı olduğu bildirilir və “bu cür hərəkətlər sığınacaq vermək məsuliyyətindən yayınmaq və qaçqınlara zidd hərəkətlər etməkdir” ifadəsi işlədilir.
Qeyd olunub ki, Böyük Britaniya bu ölkədə sığınacaq istəyənlərin müdafiəsini təmin etməyə borcludur. Komissiya bəyanatda Böyük Britaniyanı və Ruandanı planı nəzərdən keçirməyə çağırıb.
Həmçinin paytaxt Londonda Daxili İşlər Nazirliyinin qarşısına toplaşan insanlar yeni plana etiraz etmək üçün Parlament Meydanına yürüş ediblər. Nümayişçilər əllərində “Qaçqınlar xoş gəlmisiniz” yazılmış plakatlar tutarkən, Ruanda ilə bağlı planın ləğv edilməməsi üçün çağırışlar ediblər.
Qeyd edək ki, Böyük Britaniya ölkədəki bəzi qeyri-qanuni mühacirləri Ruandaya göndərmək üçün Afrika ölkəsi ilə razılaşıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London