BMT-NİN BAŞ KATİBİ MYANMADA QASIRĞANIN NƏTİCƏLƏRİNDƏN TƏŞVİŞƏ DÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Mun “Nargis” qasırğasının nəticələrinə Myanmanın hökumət orqanlarının ləng reaksiyasından məyus olduğunu bildirmişdir. Qasırğa nəticəsində 31 min nəfərdən çox adam həlak olmuşdur.
Pan Gi Munun dediyinə görə, əhalinin təqribən üçdəbir hissəsinə yardım göstərilməmişdir. Bundan əlavə, baş katib yoluxucu xəstəliklərin tüğyan edə biləcəyindən ehtiyatlandığını söyləmiş və Myanma hökumətini, ilk növbədə, insanların həyatı qayğısına qalmağa çağırmışdır.
Pan Gi Mun bildirmişdir ki, fəlakətin miqyası çox böyükdür və Myanmanın normal həyata qayıtması milli və beynəlxalq səviyyələrdə göstəriləcək səylərdən asılıdır.
Xatırladaq ki, mayın 3-də Myanmada “Nargis” qasırğası 31 min 938 nəfərin həyatına son qoymuşdur. Daha 35 min adam itkin düşmüş hesab olunur. Hazırda 1,5 milyon nəfərin yardıma: çadırlara, ərzağa, təmiz içməli suya və tibbi yardıma ehtiyaçı vardır. BMT hələlik zərərçəkənlərin yalnız üçdəbir hissəsinə - 270 min nəfərə minimal yardım göstərə bilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]