Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Xırdalan, 13 iyun, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partiyasının (YAP) Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib. Sonra “Milli qurtuluşdan intibaha” adlı videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev dünya azərbaycanlıları üçün böyük siyasi, ictimai, tarixi əhəmiyyətə malik 15 İyun - Milli Qurtuluş Gününü meydana çıxaran hadisələrə toxunub. Bildirib ki, 1993-cü ildə ölkədə yaşanan siyasi hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın müstəqilliyini ciddi təhdid edir, Ermənistanın torpaqlarımıza təcavüzünün coğrafiyasını genişləndirir, xalqın müstəqillik məfkurəsinə qəsd etmək istəyənlərin əlinə böyük fürsətlər verirdi. Rektor vurğulayıb ki, ozamankı hakimiyyətin siyasi naşılığı ucbatından çətin imtahan qarşısında qalan Azərbaycanı xaosdan çıxarmağın tək yolu dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunmasında idi.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya və siyasi rəhbərliyə qayıdışının prosesləri çevik şəkildə dəyişdiyini, həmçinin ölkənin siyasi, sosial-iqtisadi həyatında keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyduğunu xatırladan Yaqub Piriyev bildirib ki, aparılan islahatlarla suverenlik, dövlətçilik, ədalət, milli yüksəliş, dünyəvi dövlət, liberal iqtisadiyyat kimi ümumbəşəri dəyərləri təmin edən milli ideologiya formalaşdırıldı. Görkəmli dövlət xadimi müstəqil hüquqi dövlətin əsaslarını yaratdı, insan hüquq və azadlıqlarına söykənən vətəndaş cəmiyyəti quruculuğunu gerçəkləşdirdi. Heydər Əliyev amili tezliklə böyük iqtisadi layihələrin qarşısındakı maneələri də aradan qaldırdı. Dünyanın nüfuzlu neft şirkətləri ilə kontraktlar imzalandı, nəhəng enerji dəhlizləri yaratmaq üçün birgə siyasi iradə ortaya qoyuldu. Rektor deyib ki, Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin etibarlı zəmanəti oldu, ölkəmizin dünya iqtisadi məkanına inteqrasiyasını təmin etdi.

Yaqub Piriyev Prezident İlham Əliyevin Azərbaycanı Heydər Əliyevin müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirdiyini önə çəkərək, Ümummilli Liderin ən böyük hədəflərindən biri olan Qarabağın azadlığının, ölkəmizin ərazi bütövlüyünün bərpasının gerçəkləşdirildiyini qürurla dilə gətirib. Əlavə edib ki, dövlət başçısı İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusunun və xalqının möhtəşəm Zəfərə imza atması Heydər Əliyevin itirilmiş torpaqlara qayıtmaqla bağlı uzaqgörənliklə söylədiyi fikirlərinin real təntənəsi idi. Rektor vurğulayıb ki, Milli Qurtuluş Günü xalqımızın hafizəsində həm də Azərbaycanın zəfərlərinin başlanğıc günü kimi qalacaq.

Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında Milli Qurtuluş Gününü dövlətçilik tariximizin şanlı səhifəsi adlandırıb. Ulu Öndərin xalqımız, dövlətimiz qarşısında tarixi xidmətlərindən danışan icra başçısı deyib ki, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və möhkəmlənməsində Heydər Əliyev amili mühüm rola malik oldu.

Abdin Fərzəliyev 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən də danışaraq, Prezident İlham Əliyevin cəsarətli qərarları, yaratdığı güclü ordu sayəsində Ümummilli Liderin Qarabağla bağlı arzularının gerçəkləşdiyini vurğulayıb. Torpaqların azadlığı uğrunda döyüşən igid vətən övladlarına hər zaman borclu olduğumuzu qeyd edən icra başçısı qazilərə, şəhid ailələrinə göstərilən dövlət qayğısını da diqqətə çatdırıb.

YAP Xırdalan şəhər 40 saylı ərazi təşkilatının sədri Bayram Hüseynzadə çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanı təhlükələrdən qorumasından danışıb. Vurğulayıb ki, Azərbaycanda anarxiyanın aradan qaldırılması, silahlı dəstələrin zərərsizləşdirilməsi, ölkədə ictimai-siyasi sabitliyin biryolluq bərpa edilməsi, respublikanın davamlı inkişafı böyük lider Heydər Əliyevin misilsiz xidmətləridir və təcrübəli siyasətçinin fenomenal şəxsiyyət olduğunu parlaq ifadə edir.

BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova isə Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanı savadlı, vətənpərvər gənclərə əmanət etdiyini xatırladaraq, müasir nəsillərin bu əmanəti layiqli şəkildə qoruduğunu, bundan sonra da qorumağa hazır olacağını bildirib.

Tədbirin sonunda YAP üzvlüyünə yeni müraciət edən gənclərin bir qisminə üzvlük vəsiqələri təqdim olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Milli qəhrəmanları Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edilib

Teylor Sviftin Milan konserti izdihamlı keçib

Nazir: Türkiyə enerji asılılığını minimuma endirməyi hədəfləyir

İtaliyada anomal istilər üç nəfərin ölümünə səbəb olub

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Əlli beş il əvvəl başlayan Heydər Əliyev yolu ölkəmizi dünyanın aparıcı dövlətləri sırasına yüksəltməkdədir

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib

DİM təsviri sənət üzrə qabiliyyət imtahanlarına qatılan abituriyentlərə müraciət edib

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb

DİN və DSX birgə əməliyyat keçirib, 6 kiloqram marixuana, 1800 ədəd metadon həbi dövriyyədən çıxarılıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Türkiyə XİN: Trampa qarşı törədilən sui-qəsd cəhdi həm də xalqın iradəsinə hücumdur

Avropa Universitet Oyunları: İdman Akademiyasının futzal komandası dörddəbir finalda

Türkiyə Prezidenti: Trampa qarşı sui-qəsdin təhqiqatının ən effektiv şəkildə aparılacağına inanıram

Çin Yay Olimpiya Oyunlarına 405 atletlə qatılacaq

Bakı Hərbi Kollecində “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib

Avropa çempionatı: Azərbaycan basketbol millisi İrlandiya ilə qarşılaşacaq

FHN: Kür çayında batdığı ehtimal olunan iki nəfərin axtarışları davam edir VİDEO

Amerika Kuboku: Uruqvay millisi üçüncü yeri tutub

“Sirun jan” mahnısının bir sıra yutub səhifələrində silinməsinə nail olunub, işlər davam etdirilir

Bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanın qızlardan ibarət basketbol yığması Avropa çempionatında final oyununa çıxacaq

Qardaşlığın yeni erası: Getdikcə möhkəmlənən Azərbaycan-Pakistan münasibətləri - ŞƏRH

Bu gün Avropa çempionatının qalibi bəlli olacaq

Prezident İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

İsti havada ehtiyatla qəbul edilməli olan dərmanlar açıqlanıb

Azərbaycanın tərəqqi və Zəfər yolunun başlandığı tarix - 14 iyul 1969-cu il

Oxşar taleli qəhrəmanlar: Polad Həşimov və İlqar Mirzəyev

Neftçalada Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü ilə bağlı tədbir keçirilib

DİM: 2500-dən çox namizədin peşəkar mühasib sertifikatı imtahanı verməsi gözlənilir

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Azərbaycanlı restorançılar Malayziyada keçirilən Dünya Kulinariya Müsabiqəsində parlaq çıxış ediblər

Türkiyəli nazir: FETÖ terrorçularının 40 faizi ABŞ və Almaniyadadır

Trampa qarşı sui-qəsd zamanı iki nəfər ölüb

Daşkənddə ikinci qastronomik küçə salınacaq

ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd olub

Britaniyalı rejissor yazıçı Emili Brontenin məşhur romanını ekranlaşdıracaq

Fransanın idman naziri dalğıc geyimində Sena çayında çimib

Hindistan Ermənistana “SSS Defence” şirkətinin snayper tüfənglərini satır

ABŞ Dövlət katibinin müavini Paşinyanla regiondakı vəziyyəti müzakirə edib

Bu il Türkiyədə son 53 ilin ən isti iyun ayı qeydə alınıb

Sabirabadda gənc qız su kanalında boğularaq ölüb

“Sumqayıt” heyətinə yeni hücumçu qatıb

Hindistanda ildırım vurması nəticəsində 63 nəfər ölüb

Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib

Türkiyəli deputat: Azərbaycanın Zəfəri Türk dünyasında birlik mühitini möhkəmləndirib

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş konsert keçirilib

Türkiyədə 15 iyul qəhrəmanlarının xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçiriləcək

Özbəkistanda ilk dəfə “yaşıl” şəhərlərin reytinqi tərtib edilib

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin qəbulu başlayıb

Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

“Beşiktaş” tanınmış hücumçunun transferini açıqlayıb

Avropa Universitet Oyunları: Azərbaycan şahmatçıları blits yarışlarında gümüş medal qazanıblar

Fərid Qayıbov Avropa Gimnastikasının tədbirində çıxış edib

Xorvatiyalı qapıçı: “Qarabağ” karyeram üçün mükəmməl klubdur

BMT: Dünya əhalisinin sayı 2080-ci ilə qədər pik həddə çatacaq

İslamabad məhkəməsi İmran Xan barəsində hökmü ləğv edib

“14 iyul – müasir Azərbaycan tarixinin dönüş mərhələsidir” adlı tədbir keçirilib

FHN Bakı İstintaq Təcridxanasında təlim keçirib VİDEO

İspaniyalı futbolçu “Atletiko”dan ayrılıb

Cəlilabadda qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb

FHN: Pirşağıda dənizdə çimənlərin biri xilas edilsə də, digərinin cəsədi çıxarılıb

“Araz-Naxçıvan”ın baş məşqçisi: Çempionatda uğur qazanmaq üçün daha çox tər tökməliyik

Mehriban Ələkbərzadə MDB Parlament Assambleyasının Çingiz Aytmatov mükafatına layiq görülüb

Türkiyədə təşkil edilən beynəlxalq düşərgənin bağlanış mərasimi keçirilib

Litvanın “Broswarm” startapı minaların aşkar edilməsi texnologiyalarını işləyib hazırlayır

Sevil Kərimova: “Digital art” yaradıcılığı kətan üzərində rəsm çəkməkdən asan proses deyil

İtaliyanın “sevgi qoxulu” liman şəhəri: Portofino - FOTOREPORTAJ

Xırdalanda Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 55 illiyinə həsr olunan tədbir keçirilib

MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırlayıb

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma təsdiqlənib - FƏRMAN

Keyt Middlton “Uimbldon” turnirinin finalında iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət Neft Fondu ölkə iqtisadiyyatının sabitliyini və inkişafını dəstəkləyir

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə edilib

Avropa Liqası: "Zirə" - "Şerif" oyununun hakimləri bəlli olub

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları azalıb

Azərbaycan çempionu olan voleybolçu Çin klubuna keçib

Azərbaycanın yeddi gimnastı beynəlxalq turnirin finalına yüksəlib

Ruben Rubinyan: Ermənistan qısa müddət ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

Xankəndi şəhərində İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun iclası keçirilib

Avropa Universitet Oyunlarında Azərbaycanı təmsil edəcək badmintonçular bəlli olub

İlon Mask Trampın seçkiqabağı kampaniyasına gizlicə ianə edib

DİN: Paytaxtın Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə bağlı məlumatlar nəzarətə götürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

"Birləşdik -2024" təlimində hərbi qulluqçularımız peşəkarlıq nümayiş etdirir VİDEO

Türkiyənin Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

Postmüharibə dövründə 476 hərbçi 572 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Türkiyədə avtobus qəzaya uğrayıb: ölən və yaralananlar var

İyulun 14-nə olan hava proqnozu açıqlanıb

Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib  YENİLƏNİB VİDEO

Qubanın Zərdabi qəsəbəsində qanunsuz inşa olunan tikili sökülüb VİDEO

Ulu Öndərin ideyaları hər zaman inkişafımızın təməl daşı olaraq qalacaq

Abşeron Milli Parkında “Yarat – tullantını azalt” devizi ilə əl işləri sərgisi təşkil olunub

Azərbaycan millisinin baş məşqçisi: Rusiyada yaşayan futzalçılarımızı yığmaya dəvət edə bilərik - MÜSAHİBƏ

Vyetnamda torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb

Xəzər rayonunun Zirə qəsəbəsində 1,5 hektar ərazi tullantılardan təmizlənib VİDEO