ELM VƏ TƏHSİL
BMU tələbələri Beynəlxalq Kimya Olimpiadasında Azərbaycanı təmsil edirlər
Xırdalan, 26 noyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ali məktəblər arasında keçirilən III Beynəlxalq Kimya Olimpiadasında iştirak edirlər.
BMU-dan AZƏRTAC-a bildirilib ki, Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadaya 11 ölkədən 24 universitet və 211 tələbə qatılıb.
Universitetin tələbələri - Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə və Nihad Qasımov professor Namiq Şıxaliyevin rəhbərliyi ilə Azərbaycanı bu olimpiadada təmsil edirlər.