Bolqarlar Avropa İttifaqında kommunal xərclərə ən çox vəsait ödəyirlər
Sofiya, 6 iyul, AZƏRTAC
Avropanın Statistika Agentliyinin məlumatına əsasən, Avropa İttifaqında (Aİ) bolqar ailələrin gəlirlərinin 19,7 faizini kommunal ödənişlər təşkil etdiyi göstərilir.
AZƏRTAC xəbər verir ki, bu göstəriciyə görə bolqarlar Aİ-də birinci yeri tutur. İkinci yerdə ərzaq məhsullarının alınması üçün ayrılan xərclərdir. Onlar 13,9 faiz təşkil edir. Bunlardan əlavə 7,9 faiz istirahət və mədəni tədbirlər, 6,9 faiz otel və restoranlar, 6,3 faiz sağlamlıq, 5,2 faiz spirtli içkilər və tütün məmulatların alınması, 5 faiz mebel və məişət avadanlıqlarının alınması, 4,8 faiz kommunikasiya, 3,2 faiz paltar və ayaqqabıların alınması və 1,1 faiz xərclər təhsil üçün sərf olunur. Avropa İttifaqında ümumi göstəricilərə əsasən ailələr əsas gəlirlərini kommunal xərclərə, 13 faizini nəqliyyata, 12 faizini ərzaq məhsullarının alınmasına, 9 faizi istirahət, otel, restoran və mədəni tədbirlərə, 3 faizi kommunikasiya və 1 faizi təhsilə verirlər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]