Boni Moraes Soares: GlobE Şəbəkəsi üçün birbaşa, maneələr olmadan əməkdaşlığın aparılması vacibdir VİDEO

Bakı, 20 may, AZƏRTAC
Bu gün qarşımızda mühüm məsələlərin müzakirəsi dayanır. Növbəti günlərdə GlobE Şəbəkəsinin nailiyyətləri barədə düşünəcəyik. Qeyd etməliyəm ki, GlobE Şəbəkəsinin sənədlərində ümumi sadiqliyimiz əks olunur.
AZƏRTAC xəbər verir ki, bunu GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədr müavini Boni de Moraes Soares BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi (GlobE Network) çərçivəsində Bakıda keçirilən altıncı plenar iclasın açılış mərasimində çıxış edərkən deyib.
B.Moraes Soares çıxışında GlobE Şəbəkəsi üçün birbaşa, sürətli şəkildə, maneələr olmadan əməkdaşlığın aparılmasının vacibliyini diqqətə çatdıraraq, əlaqələrin daha da gücləndirilməsinə çağırış edib.