“Booking” Barselonada 100 iş yeri açacaq
Madrid, 29 yanvar, AZƏRTAC
“Booking.com” turizm şirkəti Barselonadakı ofisini genişləndirir. Kataloniya paytaxtındakı müştərilərə texniki dəstək heyətini yaxın üç ayda 100 nəfər artırmaq planlaşdırılır. AZƏRTAC xəbər verir ki, yeni əməkdaşlar şirkətin “IT 22@” rayonunda yerləşən ofisində işləyən 600 əməkdaşa qoşulacaq.
“Booking” rəhbərliyindən bildiriblər ki, şirkət Kataloniyanı iqtisadi fəaliyyətlə turizm fəaliyyətinin birləşdiyi, gəlirləri artırmağa və yeni iş yerləri yaratmağa imkan verən ən mühüm hablardan biri kimi nəzərdən keçirir.
Şirkətdən onu da bildiriblər ki, Kataloniyada işləmək üçün əsas amillərdən biri insan resurslarıdır. “Booking” Kataloniyanı “xarici sərmayələri cəlb etmək nöqteyi-nəzərdən Avropanın ən dinamik regionlarından biri” adlandırıb. Məlumatda deyilir ki, muxtar qurumda ümumi daxili məhsulun 12 faizi turizm sahəsinin payına düşür. Kataloniya əhalisinin 13,6 faizi bu sahədə çalışır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]