Bosniyanın FENA xəbər agentliyinin saytında AZƏRTAC-ın xüsusi müxbirinin azərbaycanlıların soyqırımı haqqında məqaləsi dərc edilib

Berlin, 30 mart, AZƏRTAC
Bosniyanın FENA xəbər agentliyinin saytında AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidovun hər il mart ayının son günüdə qeyd edilən azərbaycanlıların soyqırımı haqqında məqaləsi dərc edilib (bax: http://www.fena.ba/article/1076894/godisnjica-genocida-nad-azerbajdzancima).
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Bosniya vətəndaşlarını bu kədərli hadisənin tarixi barədə məlumatlandırır, bir əsr əvvəlki dövrə qiyabi səyahət təklif edir. FENA agentliyinin oxucularına Stepan Şaumyanın quldur dəstəsinin və 100 il bundan əvvəl olduğu kimi bu gün də erməni terrorizminin ideoloji ruporu olan Daşnaksütyun partiyasından olan banditlərin törətdiyi cinayətlər barədə məlumat verilir.
Müəllif erməni banditlər tərəfindən Azərbaycanın dinc əhalisinin qırılması barədə söhbət açır.
SSRİ illərində bu faciəvi keçmişin açıq müzakirə edilməsini təsəvvürə gətirmək də mümkün deyildi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra bu cür müzakirələr üçün imkan yarandı. O qanlı hadisələrin 80 illiyi ərəfəsində Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart ölkədə Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2025 [13:18]
Şirazi İbrahimov: 1988-ci il deportasiyası olanda 15 yaşım var idi
- 23.06.2025 [12:52]
İcma sədri: Beynəlxalq təşkilatlar haqq işimizi müdafiə edir
İlanlardan necə qorunmaq olar?
- [10:45]
Suriyada kilsədə baş verən partlayışda 20 nəfər ölüb - YENİLƏNİB
- 22.06.2025 [23:22]
Azərbaycan badmintonçuları Serbiyada qızıl və bürünc medal qazanıblar
- 22.06.2025 [22:16]
Burak Yılmaz Superliqa klubundan ayrılıb
- 22.06.2025 [21:25]