DÜNYA
Böyük Britaniya ilə Yaponiya arasında ikitərəfli təhlükəsizlik sazişi imzalanıb
London, 7 may , AZƏRTAC
Böyük Britaniya ilə Yaponiya arasında ikitərəfli təhlükəsizlik sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kişida Londonda Britaniyanın Baş naziri Boris Consonla görüşərək sazişi imzalayıb.
Müqavilə Böyük Britaniya və Yaponiyanın silahlı qüvvələrinin birgə təlimi, o cümlədən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə birgə fəaliyyətinin artırılmasına yönəlib.
Böyük Britaniya və Yaponiya Hind-Sakit okean regionunda əlaqələri gücləndirmək üçün təhlükəsizlik sazişi imzalamağa və Rusiya karbohidrogenlərindən asılılığı azaltmaq üçün tədbirləri müzakirə etməyə hazırlaşır. Qeyd edilib ki, Böyük Britaniya Yaponiya ilə belə bir müqavilə bağlayan ilk Avropa ölkəsidir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London