Böyük Britaniyada hava şəraitinin kəskin dəyişməsi bəzi problemlərin yaranmasına səbəb olub
London, 5 aprel, AZƏRTAC
Böyük Britaniyada hava şəraitinin kəskin dəyişməsi səyahətlərin axsamasına və nəqliyyatda problemlərin yaranmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, İngiltərənin mərkəzi və cənub hissələrində gün ərzində yağan dolu-qar ciddi nəqliyyat problemi yaradıb. Belə ki, Norson əyalətində qarşı istiqamətə gedən yük maşını ilə “BMW” markalı maşının toqquşması nəticəsində ölüm hadisəsi baş verib. “BMW” sürücüsü qəza nəticəsində həyatını itirib.
Polisdən verilən məlumata görə bir neçə yol bağlanıb və sürücülərin nəqliyyatdan istifadə zamanı diqqətli olmaları tapşırılıb. Sinoptiklər dəyişkən hava şəraitinin bir müddət davam edəcəyini bildirib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]