Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemlərinin araşdırılması davam etdirilir
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda cari ildə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemlərinin araşdırılması istiqamətində tədqiqatlar davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən baş mühəndis, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova bu il yerinə yetiriləcək elmi-tədqiqat işlərindən danışıb.
M.Hacırəhimova bildirib ki, bu məqsədlə “Böyük verilənlərin analizi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusu üzrə böyük sosial media məlumatlarında milli təhlükəsizliyə təhdidlərin aşkarlanması üçün “text mining” yanaşmasının işlənməsi və böyük verilənlərin analizi məqsədilə “Deep Learning”in elmi nəzəri problemlərinin araşdırılması və dərin təlim modelinin işlənməsi istiqamətlərində tədqiqatlar aparılacaq.
“Big Data və rəqəmsal irs problemləri və onların həlli yolları” mövzusunda aparılacaq tədqiqatlardan danışan alim bu məqsədlə böyük həcmli verilənlərdə axtarış sistemlərinin effektivliyinin artırılması üçün sürətli alqoritmin işlənilməsinin və böyük həcmli verilənlərin logistikası və tətbiqi problemlərinin tədqiqinin nəzərdə tutulduğunu deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]