Böyük mütəfəkkir Nəsimiyə həsr olunmuş növbəti tədbir - “Məndə sığar iki cahan...”
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı Akif Qambayzadə adına 148 nömrəli tam orta məktəbdə böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan...” adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Nəsiminin həyat və yaradıcılığından bəhs edən slaydın nümayişi ilə başlayıb.
Sonra məktəbin şagirdləri şairin qəzəllərindən ibarət kompozisiya ilə çıxış ediblər. Şagirdlərin təqdimatında “Nəsimi” filmindən qısa fraqment kiçik səhnəcik şəklində nümayiş olunub.
Tədbirdə, həmçinin Nəsiminin əsərlərindən ibarət kitab sərgisi də təşkil olunub.