“bp-AZƏRBAYCAN” ƏMƏLİYYATLAR BÖLMƏSİNİ GENİŞLƏNDİRİR
AzerTAg.az
“Mərkəzi Azəri” yatağından hasilatın başlanmasına hazırlıq məqsədi ilə “bp-Azərbaycan” şirkəti əməliyyatlar bölməsini genişləndirir.
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu yataqda hasilat 2005-ci ilin əvvəlindən başlayacaqdır. Gələcək obyektlərdə işləyəcək mütəxəssislərin hazırlanması strategiyası indidən həyata keçirilir. Məqsəd qazma işləri, əməliyyatlar və layların işlənməsi üçün qruplar yaratmaqdır. Qruplar gələcəkdə hazırkı ilkin neft layihəsi hasilatına diqqəti azaltmadan “Azəri” platformalarını və genişləndirilmiş Səngəçal terminalını idarə edəcəklər. Yeni obyektləri idarə edəcək operator və texniki mütəxəssislərin işə götürülməsi, təlimi üzrə geniş proqram həyata keçirilir. Bu il həmin proqram çərçivəsində 80-dən artıq mütəxəssis işə götürüləcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var