İQTİSADİYYAT


“bp AZƏRBAYCAN” HESABAT VERDİ

İyulun 21-də bp-nin Azərbaycandakı baş təmsilçi-prezidenti Devid Vudvord şirkətin 2003-cü ilin birinci yarısındakı, o cümlədən ikinci rübdəki fəaliyyəti barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat vermişdir.

O, ilkin neft, “Azəri- Çıraq- Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” layihələri, Səngəçal terminalının genişləndirilməsi proqramı üzrə işlərin gedişindən danışaraq demişdir ki, “Çıraq” yatağında neft hasilatı planauyğun şəkildə gedir. İlin birinci yarısında gündəlik hasilat 131 min 400 barrel olmuşdur. Hazırdr yataqda 18 quyu vardır, onlardan 14-ü hasilat, 4-ü suvurma quyusudur. Hasilat həcminin artırılması istiqamətində tədbirlər görülür. Nəticədə maksimum hasilat 146 min barrelə çatdırılmışdır.

“Mərkəzi Azəri”də nəzərdə tutulmuş işlərin 65, kompressor və suvurma platformasında 30, “Qərbi Azəri”də 20, “Şərqi Azəri”də 8 faizi görülmüşdür.

İkinci rübdə Bakı-Tbilisi-Ceyhan kəmərində tikinti işləri hər üç ölkədə əhəmiyyətli şəkildə irəliləmişdir. Azərbaycanda artıq 9 kilometrdən çox (792 ədəd) boru qaynaqlanmışdır. Ölkəmizə 288 kilometrdən artıq, başqa sözlə, 24 min 791 boru gətirilmişdir. Umbakı, Muğan və Kürdəmirdəki boru bazalarında tikinti işləri və boruların boşaldılması başa çatdırılmışdır. Səngəçalda tikiləcək baş nasos stansiyasının bünövrəsi qoyulmuşdur. İyunun sonunadək kəmərin bütün tikinti işlərinin 15 faizi görülmüşdür.

D. Vudvord bildirmişdir ki, hələlik işlər şirkətlərin öz vəsaiti hesabına görülür. Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, ixrac kredit agentlikləri və kommersiya bankları da daxil olmaqla bir sıra beynəlxalq maliyyə təşkilatları ilə maliyyələşdirilmə məsələlərinə dair danışıqların dördüncü rübdə başa çatacağı gözlənilir.

“Şahdəniz”də birinci öncəqazma quyusunun dərinliyi artıq 6 min 200 metrə çatmışdır. Qeyd olunmuşdur ki, Zığ tikinti-quraşdırma sahəsinin modernləşdirilməsinə bu ilin üçüncü rübündə, terminalın tikintisinə və ikinci öncəqazma quyusunun qazılmasına dördüncü rübündə, Cənubi Qafqaz boru kəmərinin tikintisinə, üçüncü öncəqazma quyusunun qazılmasına gələn ilin ikinci rübündə başlanılacaqdır.

Axırda jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.