“bp-AZƏRBAYCAN” ŞİRKƏTİ BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNİN GENİŞLƏNDİRİLMƏSİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, “bp-Azərbaycan” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin genişləndirilməsinə başlamışdır.
Bu barədə şirkətdən verilmiş məlumatda bildirilir ki, Azərbaycan ərazisində həyata keçirilən işlərin podratçısı kimi Azfen-Tekfen konsorsiumu çıxış edir.
BTC neft kəmərinin buraxma gücünün sutkada 1 milyon barreldən 1,2 milyon barrelədək artırılması təqribən 70 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. Bu vəsait hesabına boru kəmərində buraxılış gücünü artırmağa imkan verən inqibatorların (kimyəvi reagentlərin) tətbiqi üçün avadanlıq quraşdırılacaqdır. Boru kəmərinin buraxma gücünün artırılması üzrə işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Hazırda boru kəməri ilə sutkada təqribən 800 min barrel neft nəql edilir. İlin sonunadək bu göstərici sutkada 1 milyon barrelə çatdırılacaqdır.
Xatırladaq ki, BTC neft kəmərinin ümumi uzunluğu 1.768 kilometrdir. Bunun 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1.076 kilometri isə Türkiyə ərazisindən keçir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]