İQTİSADİYYAT
“bp” ŞİRKƏTİ “AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ” LAYİHƏSİ ÜÇÜN 2 MİLYARD DOLLAR MƏBLƏĞİNDƏ KREDİT ALACAQDIR
Bakı, 19 avqust (AZƏRTAC). “Royal Bank of Scotland”, “Societe Generale”, “BNP Paribas” və “Standard Chartered” bankları Azərbaycanda iri enerji layihələrinin iştirakçısı olan bp şirkətinə ümumi məbləği 5 milyard ABŞ dolları olan iki uzunmüddətli kredit təqdim edəcəklər.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu məbləğin 2 milyard dollarını “Royal Bank of Scotland”, “Societe Generale”, qalan hissəsini isə “BNP Paribas” və “Standard Chartered” verəcəklər. Kreditlər 2015-ci il iyunun 30-dək ödənilməlidir.
Kreditlər ümumi korporativ məqsədlərə, o cümlədən şirkətin ümumi likvidlik səviyyəsinin yaxşılaşdırılmasına sərf olunacaqdır. Xüsusilə, 2 milyard dollar Xəzərin Azərbaycan sektorunda olan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsinə yönəldiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]