RƏSMİ XRONİKA


bp şirkətinin icraçı direktoru Robert Dadlidən

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bp şirkətinin adından səmimi qəlbdən təbrik edirəm. Biz bp şirkəti olaraq Azərbaycan iqtisadiyyatının əsas sahəsinin – neft-qaz sektorunun inkişafını dəstəkləmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər tərəfdaşlarımızla birgə çalışmaqdan məmnunluq duyuruq.

Mən şəxsən Sizin müdrikliyinizi, zəkanızı və dəstəyinizi yüksək qiymətləndirir, bu ayın sonunda bir daha Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm.

Sizə ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Robert Dadli

bp şirkətinin icraçı direktoru

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin