COP29
Braziliya İxracın Təşviqi Agentliyinin nümayəndəsi: Azərbaycan COP29-a düşündüyümdən daha çox insan cəlb edib
Bakı, 14 noyabr, AZƏRTAC
“Uzun illər COP-la işləyən biri olaraq COP29-un hər kəs üçün çox vacib olduğunu deyə bilərəm. Düşünürəm ki, bu, yalnız gündəlik deyil, həm də humanitar məsələdir”.
Bunu AZƏRTAC-a müsahibəsində Braziliya İxracın Təşviqi Agentliyinin nümayəndəsi Luciana Peceguerio Furtado deyib.
O qeyd edib ki, hər bir millətin iqlim dəyişikliyinin azaldılması ilə məşğul olmağı vacibdir: “Braziliya nəhəng bir ölkədir. Bu səbəbdən düşünürəm ki, biz bu problemlə mübarizədə həll yolları taparaq digər ölkələrlə əməkdaşlıq edə bilərik. Braziliyanın fərqli iqlimi var. Biz kənd təsərrüfatı məsələlərində əməkdaşlıq edərək iqlim dəyişikliyini azalda və yumşaldıcı tədbirlər görə bilərik. Hesab edirəm ki, bu sahədə Braziliyanın başqa ölkələrə göstərməli və onlardan öyrənməli bir çox mövzusu var”.
İştirakçı Azərbaycanın COP29-a düşündüyündən daha çox insanı cəlb etməyi bacardığına diqqət çəkib: “Bu, Azərbaycana ilk səfərimdir. Ancaq Bakının gözəlliyinin inanılmaz olduğunu düşünürəm”.