COP29
COP29-un boliviyalı nümayəndəsi: İnkişaf etmiş ölkələrin maliyyə dəstəyinə ehtiyacımız var
Bakı, 15 noyabr, AZƏRTAC
COP29 inkişaf etməkdə olan ölkələrin iqlim fəaliyyəti ilə bağlı ambisiyalarını artırmaq üçün olduqca vacib platformadır. Həqiqətən inkişaf etmiş ölkələrdən maliyyə dəstəyinə ehtiyacımız var.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Boliviya nümayəndə heyətinin rəhbəri Dieqo Paçeko Balanza deyib.
O vurğulayıb ki, uzun illər bu məsələ yerinə yetirilməmiş böyük bir öhdəlikdir.
“İnkişaf etməkdə olan ölkələr ədalətlilik prinsiplərinə uyğun töhfə verməli və iqlim probleminin həlli üçün diferensiallaşdırılmış öhdəlikləri həll etməlidirlər. Biz inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab vermək üçün trilyonlarla dollar tələb olunur. Dünyada pul var. Pulun olmaması doğru deyil. Pul indi müharibələrə xərclənir. Çatışmayan isə inkişaf etməkdə olan ölkələri dövlət maliyyəsi ilə təmin etmək üçün inkişaf etmiş ölkələrin siyasi iradəsi, siyasi istəyidir. İqlim dəyişikliyinə uyğunlaşma prosesində beynəlxalq əməkdaşlığın və maliyyə dəstəyinin əhəmiyyətini nəzərə alaraq, uyğunlaşma iqlim böhranının həllinin əsas elementidir, uyğunlaşma üçün böyük maliyyə boşluğu var”,- deyə o qeyd edib.