CƏMİYYƏT
Braziliyanın Piaui ştatının katibi: Azərbaycandan sonra COP kimi tədbirin ölkəmizdə keçirilməsi bizim üçün böyük fürsətdir
Bakı, 13 noyabr, AZƏRTAC
“Hazırda əsas məqamlarda maliyyə qərarlarını həyata keçirə bilmək üçün vacib əhəmiyyət daşıyan iqlim maliyyələşməsi gündəmidir”.
Bunu AZƏRTAC-a müsahibəsində Braziliyanın Piaui ştatının Ətraf Mühit və Su Ehtiyatları Katibi Daniel Karvalho Oliveira Valente deyib.
O, COP29-un böyük əhəmiyyətə malik olduğuna diqqət çəkib: “İqlim dəyişikliyinin həlli istiqamətində yaranan maliyyə problemlərini vaxtında həll etmək lazımdır. Çünki mənim ölkəm Braziliya iqlim dəyişikliyindən təsirlənən, dağıntılar və vegetasiya kimi böyük problemlərdən əziyyət çəkən ölkələr sırasındadır.
Azərbaycandan sonra COP kimi beynəlxalq tədbirin Braziliyada keçirilməsi bizim üçün böyük fürsətdir. Eyni zamanda, COP konfransı, dünya ölkələri ilə əməkdaşlıqlar böyük məsuliyyətdir”.