DÜNYA
Britaniya son iki ildə ilk dəfə Aİ-nin müzakirələrində xarici işlər naziri səviyyəsində təmsil olunur
London, 14 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bu gün Lüksemburqda Avropa İttifaqının xarici əlaqələr şurasının işində iştirak edir.
AZƏRTAC xəbər verir ki, o, Lüksemburqda Aİ-yə üzv 27 ölkənin xarici işlər nazirləri ilə bir araya gələcək. İki ildən çox müddətdən sonra ilk dəfə Britaniyanın xarici işlər naziri bu şuranın tədbirinə qatılır.
İclasda əsas müzakirə mövzuları Avropa ilə münasibətlərin yenidən qurulması, Yaxın Şərq böhranı və Rusiya-Ukrayna müharibəsi olacaq.
Devid Lemmi qeyd edib ki, hökumət Avropa tərəfdaşları ilə əlaqələri dərinləşdirməkdə və əməkdaşlığı yenidən qurmaqda qətiyyətlidir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London