Azərbaycan Dövlət İnformasiya Agentliyi

BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” III beynəlxalq elmi konfransın açılışı olub

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 10-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” (İTİC 2025) III beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən BSU-nun rektoru Anar Nağıyev inklüziv cəmiyyətin qurulması, təhsildə bərabər imkanların yaradılması istiqamətində dövlət səviyyəsində görülən tədbirlərdən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət proqramları və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd olunan hədəflər bu istiqamətdə yol xəritəsi kimi çıxış edir. Rektor qeyd edib ki, BSU-da müəllim hazırlığında inklüziv yanaşmanın gücləndirilməsi, müasir tədris resurslarının yaradılması və bu sahədə peşəkar kadrların formalaşdırılması istiqamətində davamlı işlər aparılır.

A.Nağıyev çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin təhsil prosesinin inkişafına müstəsna xidmət etdiyini diqqətə çatdırıb.

Rektor bildirib ki, 2022-ci ildən etibarən BSU-da autizm aylığı çərçivəsində inklüziv təhsilə dair müzakirə və öyrənmə platforması yaradılıb. 2023-cü ildən başlayaraq layihə Elm və Təhsil Nazirliyi və müvafiq regional təhsil idarələrinin dəstəyi ilə davam etdirilərək Astara, Biləsuvar, Şamaxı və Şəmkir şəhərlərində 400-dən çox müəllim, psixoloq və məktəb direktoru ilə görüşlər keçirilib. Eyni zamanda, rektor qeyd edib ki, 2025-ci ildə İTİC layihəsi çərçivəsində keçirilən İnklüziv Həftə tədbirləri çərçivəsində hər ay inklüziv təhsilin təşkili, təhsildə inklüzivlik və ümumilikdə fərqli təcrübələrin yaratdığı böyük dəyərlər sisteminin təşviqinə dair müxtəlif tədbirlərin keçirilməsinə başlanılıb. O, bu müddət ərzində inklüziv təhsilin təşkili ilə bağlı bir sıra ali təhsil müəssisələri, xüsusilə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Naxçıvan Dövlət Universiteti (NDU) və Gəncə Dövlət Universiteti (GDU) ilə müxtəlif təşəbbüs və layihələr çərçivəsində birgə fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb.

A.Nağıyev İTİC 2025 konfransının artıq üçüncü dəfədir ki, beynəlxalq miqyasda təşkil olunduğunu və inklüziv təhsil sahəsində peşəkar mütəxəssislərin bir araya gəldiyi elmi müzakirə platforması kimi öz mövqeyini möhkəmləndirdiyini diqqətə çatdırıb. O, 2025-ci il ərzində İTİC layihəsi çərçivəsində hər ay inklüziv təhsilin təşkili, eləcə də təcrübə mübadiləsinə dair tədbirlərin keçiriləcəyini qeyd edərək, bu tədbirlərin inklüziv dəyərlərin təşviqində və cəmiyyətə töhfə verəcək mütəxəssislərin hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.

Konfransda çıxış edən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqaffar Qırğızbayev Azərbaycan-Özbəkistan dostluğunun dərin tarixi köklərindən bəhs edərək, inklüzivlik sahəsində ölkəsində görülən işlərdən danışıb və BSU-nun bu sahədə aparıcı ali təhsil müəssisəsinə çevrildiyini vurğulayıb. O, rəhbərlik etdiyi universitetin BSU ilə əməkdaşlığında maraqlı olduğunu və bu tərəfdaşlığın davamlı olmasını arzuladığını qeyd edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev inklüziv təhsil sahəsində BSU ilə əməkdaşlığı yüksək dəyərləndirib və universitetin bu istiqamətdə ixtisaslaşmış ali məktəb kimi nüfuz qazandığını bildirib.

Milli Məclisin deputatı Nigar Məmmədova çıxışında inklüzivliyin ölkənin milli prioritetlərindən biri olduğunu, BSU-nun isə bu sahədə təşəbbüsləri ilə ölkə hüdudlarından kənarda da nüfuz qazandığını qeyd edib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova isə ali və orta təhsil müəssisələrinin inklüzivlik istiqamətində gördüyü işlərin əhəmiyyətinə toxunaraq, bu sahədə aparılan elmi araşdırmaların inklüziv təhsilin inkişafına ciddi töhfə verəcəyini bildirib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari çıxışında rəhbəri olduğu qurumun fəaliyyətindən bəhs edərək, Mərkəzin təlimçisi olan Aysel Əmirovanın sərgisinin təşkil olunmasında BSU rəhbərliyinə öz təşəkkürünü bildirib.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli neft-qaz şirkətinin aktiv dəstək verdiyi sahələrdən ən önəmlisi təhsil sahəsi olduğunu bildirib. O, bu sahədə Elm və Təhsil Nazirliyi ilə geniş əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Təhsil sahəsində məktəblərlə, ali təhsil müəssisələrilə bir çox layihələr həyata keçirildiyini qeyd edib.

Kozsalin Texnologiya Universitetinin əməkdaşı Adam Jagiello Rusilovski çıxış edərək Azərbaycanın inklüzivlik sahəsində olan səylərini, BSU-nun bu sahədə fəaliyyəti genişləndirdiyini və BSU-nun gələcəkdə də inklüzivlik sahəsində aparıcı universitetə çevriləcəyinə inamını ifadə edib.

“EduCluster Finland” dövlət şəbəkəsinin adoptativ təhsil üzrə koordinatoru Heli Parhiala bildirib ki, Finlandiyada inklüzivliyə geniş dəstək verilir və bu, həm təhsil, həm də idman sahələrini əhatə edir. O, əlavə edib ki, ölkəsində tətbiq olunan kurikulumda inklüziv təhsilə xüsusi önəm verilir.

Roma Məktəb Direktorları Assosiasiyasının vitse-prezidenti, Roma Mozart Məktəbinin direktoru Jiovanni Cogliandro isə qeyd edib ki, Azərbaycanın inklüzivlik sahəsindəki səyləri Avropa üçün mühüm təcrübə ola bilər. O, həmçinin İtaliyada inklüziv təhsilin inkişafı istiqamətində xüsusi sinif otaqlarının yaradıldığını vurğulayıb.

Konfransın bədii hissəsi nümayiş etdirildikdən sonra beynəlxalq tədbirin işi bölmələr üzrə davam etdirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun tikintisi sürətlə davam etdirilir

Əlcəzair Hava Yolları aviabiletlərdən fransız dilində yazıları çıxarıb

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Keçmiş məcburi köçkün: Doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir

Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT

Sarıcalı sakini: Bizə göstərilən diqqət və qayğıdan razıyıq

Tunis tarixində ən böyük narkotik qaçaqmalçılığına cəhdin qarşısı alınıb

Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb

ABŞ hakimiyyəti Dövlət Departamentində genişmiqyaslı islahatlar planlaşdırır

Vizual incəsənətə baxmaq rifaha müsbət təsir göstərə bilər

Misirdə baharın gəlişi münasibətilə “Şəm ən-nəsim” bayramı qeyd edilir

Tramp Rusiya və Ukraynanın bu həftə razılığa gələcəyinə ümid edir

Yeni tədqiqat beynin məlumatı necə öyrəndiyi və saxladığına dair anlayışlar təqdim edir

ABŞ Yaponiyaya daha iki strateji bombardmançı təyyarə göndərib

İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə zərbələr endirib

Zelenskinin ofisi London danışıqlarında iştirakını təsdiqləyib

Ağstafada yük maşını aşıb, xəsarət alan var

Ukrayna Prezidenti atəşkəs üçün yeni format təklif edib

Göygöldə qəza: Ölən və xəsarət alan var

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub

Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi məlum olub

Superliqa: “Fənərbağça” doğma meydanda xal itirib

Misli Premyer Liqasında XXXI tura yekun vurulub

Milli Gənc Tamaşaçılar Teatrında premyera - “Düyməcik”

Yüksək Liqa: "Xilasedici" bürünc medal uğrunda ilk oyunda "Neftçi"yə qalib gəlib

Premyer Liqa: London klubları səfərdə qalib gəliblər, “Mançester Yunayted” isə evdə məğlub olub

Peskov: Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib

Ukraynalı ekspert: Ukrayna və ABŞ birgə əməkdaşlıqda maraqlıdır

Azərbaycan Mədəniyyəti Avstriyada təbliğ olunur

İmişlidə Pasxa bayramı qeyd edilib VİDEO

İmişlidə Pasxa bayramı qeyd edilib VİDEO

Dillər Universitetində “Çin dili günü” qeyd olunub

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb

Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO

Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO

Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib

Beynəlxalq riyaziyyat müsabiqəsində şimal bölgəsindən 3 minə yaxın şagird iştirak edib

Binəqədi rayonunda yanğın səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO

FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO

Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi

Gürcüstanda Pasxa bayramı qeyd olunur

Binəqədidə baş verən yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Azərbaycanın avtomobil yollarında dumanla əlaqədar görünüş məsafəsi məhdudlaşacaq

Sabahdan DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub VİDEO

Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub VİDEO

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər VİDEO

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər VİDEO

Proqnoz: Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq

“Yeni Şafak” qəzeti: Fransa arxivləri erməni yalanlarını ifşa edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub

Milli Kitabxanada Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli və professor Azad Nəbiyev ilə bağlı kitab sərgiləri açılıb

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Almaniyada minlərlə insan Pasxa yürüşlərində sülh tələbi ilə nümayişlər keçirib

Premyer Liqa: Bu gün “Qarabağ”ın çempionluğu rəsmiləşə bilər

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Omanda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir

Beynəlxalq Kosmik Stansiyadan 3 nəfər Yerə qayıdıb

Sevimli musiqinin beynin opioid sistemini aktivləşdirdiyi sübut olunub - TƏDQİQAT

Bundesliqa tarixində yeni rekord

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İğdırdakı Azərbaycan diasporunun nümayəndələri Aralıq rayonuna səfər ediblər

Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik

Hüseyn İşıksal: Prezident İlham Əliyev Şimali Kiprin hüquqlarının müdafiəsinə böyük töhfə verir

Əziz Ələkbərli: 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən çox soydaşımız deportasiya olunub

Mixail Qusman: Bakılı bəstəkarın yaratdığı əsərin yenidən Bakı tamaşaçısına qovuşmasına yalnız sevinə bilərəm

Almaniyanın Hessen əyalətində silahlı insident zamanı iki nəfər güllələnib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib

Timur Vaynşteyn: Atamın yubileyi günlərində “Zoluşka” operasının premyerasının keçirilməsindən xoşbəxtəm

Sadıq Dadaşov Azərbaycan memarlığının parlaq səhifəsidir

Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib

Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır - BƏYANAT

Qurban Qurbanov: Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq

Samir Abasov: Fərdi səhvlər məğlubiyyətə səbəb oldu

Sankt-Peterburqda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB-3

Bakıda II Milli Təhsil Zirvəsi keçirilib

Premyer Liqa: "Mançester Siti" səfərdə üç xala sevinib

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda master-klas təşkil olunub

Ukrayna Pasxa bayramında 277 hərbçisini əsirlikdən vətənə qaytarıb

İsveçli perkussionist və bəstəkar Robert İkiz “Qavaldaş” adlı kompozisiyasını təqdim edib

Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin xatirə kompleksini ziyarət edib

Rusiya Prezidenti Pasxa münasibətilə atəşkəs elan edib

Yer Günü ilə əlaqədar keçirilən festivalda 3500 litrə yaxın plastik butulka yığılıb YENİLƏNİB

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan derbisində start heyətlər açıqlanıb

Energetika naziri Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin təqdimatında iştirak edib

Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib

Bu gün Bakının 550 küçəsi yuyulub

Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib

Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB

Fiqurlu konkisürmə üzrə komandalararası dünya çempionatının qalibi bəlli olub

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qərbi azərbaycanlının xatirələrindən - Ermənilər qədim qəbiristanlığı şumlayıb, bütün izləri sildilər

Mahir Emrelinin vurduğu qollar “Nürnberq”i məğlubiyyətdən xilas etməyib - YENİLƏNİB

Naftalanda beynəlxalq səhiyyə konfransı keçirilib

Yardımlı rayonunda zəlzələ olub

“Haber Global”: Çin, Fransa və ABŞ Türkiyənin Somalidəki kosmodromu ilə bağlı kəşfiyyat məlumatları toplayır

KİV: Türkiyə diasporu Niderland parlamentinin qərəzli mövqeyini pisləyib