BSU və Daşkənd Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumunun fəaliyyət planı müzakirə edilib










Bakı, 14 aprel, AZƏRTAC
Bakı Slavyan Universiteti (BSU) ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU) arasında imzalanmış anlaşma memorandumunun fəaliyyət planı çərçivəsində I müzakirə iclası keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən rektor Anar Nağıyev 2025–2026-cı tədris ilindən etibarən BSU-da regionşünaslıq (Mərkəzi Asiya üzrə) ixtisası çərçivəsində əməkdaşlığın gücləndiriləcəyini və özbək dili üzrə mütəxəssis hazırlığına başlanılacağını diqqətə çatdırıb. Bununla yanaşı, yeni tədris ilində BSU-da özbək dili və ədəbiyyatının, DDPU-da isə Azərbaycan dili və ədəbiyyatının tədrisinin təşkil olunacağı qeyd edilib.
DDPU-nun rektoru Abduqaffar Qırğızbayev çıxış edərək rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və Özbəkistanda təhsil sahəsində həyata keçirilən yeniliklər barədə məlumat verib. O, BSU ilə sıx əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüş tərəflər arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.