Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bu gün qlobal aktorlar Azərbaycanla əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsətlərindən maksimum yararlanmağa çalışırlar - RƏY

Bu gün qlobal aktorlar Azərbaycanla əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsətlərindən maksimum yararlanmağa çalışırlar -  RƏY

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanın xarici siyasət gündəliyi hər zaman sülhün və sabitliyin qorunmasına, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının dəyələndirilməsinə əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə hədəflənib. Məhz ona görədir ki, siyasi, iqtisadi, hərbi, mədəni və eləcə də digər bütün strateji istiqamətlər üzrə əlaqələr çoxşaxəlilik və bərabərlik prinsiplərinə əsaslanır. Azərbaycanın üzv olduğu təşkilatlar və təmsil olunduğu platformaların hər hansı coğrafi, yaxud siyasi-ideoloji çərçivələrlə məhdudlaşmaması da buna bariz nümunədir. Şərqdən Qərbə, Şimaldan Cənuba doğru əməkdaşlığı, bərabərliyi və ümumi birgəyaşayış qaydalarına hörmət prinsiplərini prioritet hesab edən Azərbaycanın beynəlxalq sistemin aktorlarının və institusional orqanların böyük əksəriyyəti ilə əlaqələri gündən-günə daha da möhkəmlənərək şaxələnir. Prezident İlham Əliyevin şəxsi nüfuzu və uğurlu diplomatiyası qlobal sistemdə Azərbaycana etimadın başlıca zəmanətidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova səsləndirib.

Politoloq bildirib ki, bu gün dünya nizamının bütün qütblərini təmsil edən qlobal aktorlar Azərbaycan ilə əməkdaşlıq imkanlarını dəyərləndirmək üçün mümkün fürsətlərdən fəal şəkildə yararlanmağa çalışırlar. Eləcə də bu imkanların dəyərləndirilməsi Azərbaycan üçün yeni platformalarda təmsilçilik şansı da yaradır. Belə platformalar sırasında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xüsusi önəm daşıyır. Qazaxıstanda keçirilən Zirvə toplantısında Prezident İlham Əliyevin fəxri qonaq qismində iştirak etməsi də bunu bir daha təsdiqləyir. ŞƏT ilə əlaqələrin tarixinə nəzər yetirdikdə isə kifayət qədər uğurlu yol xəritəsi müşahidə etmək mümkündür.

“Azərbaycanın dialoq üzrə tərəfdaşı olduğu ŞƏT ilə əlaqələri ötən doqquz il ərzində sürətlə inkişaf edib. Ölkəmizin Çin, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, Qırğızıstan kimi təşkilata üzv və təsisçi dövlətlərlə əlaqələri yaxşı səviyyədə davam etdirilir. Eyni zamanda, Türk platformasının, xüsusilə də strateji tərəfdaşımız və müttəfiqimiz olan dövlətlərin ŞƏT-in çətiri altında birləşməsi də bu təşkilatın Azərbaycan üçün əhəmiyyətini artıran əsas məqamlardan biri kimi qeyd edilə bilər.

Astana Sammiti çərçivəsində Prezident İlham Əliyevin ikitərəfli və üçtərəfli əsasda çox mühüm görüşləri oldu və bu görüşlər çərçivəsində kifayət qədər önəmli mesajlar verildi. Azərbaycanın sülh gündəliyinin ədalətliliyi və dəstəklənməsi ilə bağlı Türkiyə, Çin, Pakistan, Rusiya kimi mühüm aktorların mövqeyi bir daha açıq şəkildə ifadə edildi. Bütün bu məqamlar Azərbaycana və onun Liderinə hörmətin və etimadın ifadəsidir”, - deyə A.Qurbanova qeyd edib.

Politoloqun sözlərinə görə, digər tərəfdən isə Azərbaycanın bu təşkilat çərçivəsində keçirilən müzakirələrdə iştirakının ŞƏT-in gündəliyinə daxil olan məsələlərin icrasına mütləq şəkildə töhfə verəcəyi də istisna edilməməlidir. Çünki bir çox uğurlu regional və beynəlxalq layihələrin həyata keçirilməsi təcrübəsinə sahib Azərbaycan hər zaman qlobal problemlərin həlli ilə bağlı mühüm addımların təşəbbüskarı kimi də çıxış edir. Belə ki, mühüm nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan sahib olduğu əlverişli geostrateji mövqeyin verdiyi üstünlüklərə görə yalnız nəqliyyat-logistika mərkəzinə çevrilmir, eləcə də bu üstünlükləri sivilizasiyalararası birləşdirici qüvvə kimi istifadə etməyi hədəfləyir və buna nail olur. Tolerantlıq, multikulturalizm, ətraf mühitin mühafizəsi və gələcək nəsillərə müharibəsiz dünyanın miras qoyulması uğrunda davamlı və qətiyyətli siyasətin əsasını da məhz bu hədəflər təşkil edir.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini xatırladan A.Qurbanova vurğulayıb: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə müzakirəyə çıxarılan məsələlər qlobal sistemin ədalət tərəzisindəki balansın təmin edilməsi çağırışları olaraq dəyərləndirilməlidir. Bu çağırışlar nəticəsində Qoşulmama Hərəkatı çərçivəsində neokolonializmlə mübarizə, peyvənd ayrı-seçkiliyinə son qoyulması, dövlətlərin daxili işlərinə qarışmamaq, terrorizm-separatizm ilə mübarizə, humanist dəyərlərə sadiqlik və bərabərliyin təmin edilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirilib. Eləcə də COP29 kimi mötəbər tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsi dövlətimizin başçısına və onun uzaqgörən siyasətinə yüksək etimadın bariz nümunəsidir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan-ŞƏT əlaqələrinin dinamik inkişaf xüsusiyyətlərinə sahib olması heç də təəccüb yaratmır və əlaqələrin yol xəritəsində uğur payı çox yüksəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səhiyyə Nazirliyi Füzuli şəhərində səyyar müayinələr təşkil edib

Aşura günündə keçiriləcək qanvermə aksiyalarının ünvanları açıqlanıb

Bakıda “Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə “yaşıl artım” siyasəti” adlı tədbir keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri başa çatıb

Özbəkistan şirkəti Azərbaycanda yaradacağı müəssisələrin hesabına 648 milyon manat satış gəliri proqnozlaşdırır

Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi Ulu Öndərin adı ilə bağlıdır

31 il öncə itkin düşən ana və övladının nəşinin qalıqları Saatlıda dəfn olunub

Xüsusən zövq alar arif muğamat var olan yerdə

İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə tanışlıq

Həyat üçün əlverişli ekzoplanet tapılıb

İslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB-2 VİDEO

“Araz-Naxçıvan” braziliyalı futzalçını heyətinə qatıb

Şəki Regional Elmi Mərkəzində tədbir: Plastik tullantısız yaşıl dünya naminə

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib

Qazaxıstan Azərbaycana alüminium ixracını 8 dəfə artırıb

İyulun 13-nə olan hava proqnozu açıqlanıb

Qaradağlı faciəsində itkin düşən 6 şəhidin nəşinin qalıqları doğma kəndlərində torpağa tapşırılıb

“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb

Paytaxtın Mətbuat prospektində hərəkət məhdudlaşdırılacaq

ŞKTC mediası Şuşa Zirvə görüşünün Kipr türkləri üçün əhəmiyyətindən yazır

Milli Qəhrəman Vüqar Hüseynovun anadan olmasının 55 illiyinə həsr edilmiş anım tədbiri keçirilib

Bu il Ukrayna Qərbdən 16 milyard dollar maliyyə dəstəyi alıb

Azərbaycan Aşıqlar Birliyində yeni layihə üzərində iş uğurla davam etdirilir

Azərbaycan Paris Paralimpiadasına daha bir lisenziya qazanıb

İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək

Dünyanın 21 ölkəsindən olan əcnəbi tələbələr Yeni Klinikada təcrübə keçəcəklər

İtaliyada anomal istilər: 11 şəhərdə “qırmızı” xəbərdarlıq elan olunub

İlin əvvəlindən bəri 203 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Azərbaycanın stolüstü tennisçiləri Avropa Universitet Oyunlarında iştirak edəcəklər

Azərbaycan klubu monteneqrolu futbolçu ilə anlaşıb - EKSKLÜZİV

Dövlət uşaq müəssisələrində əlilliyi olan 22 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən edilib

Vladimir Putin: BRICS gələcəkdə öz parlamentini təsis edə bilər

Təhsilin İnkişafı Fondunun 3 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib

Yunanıstan Kiyevə “Patriot” və S-300 sistemləri verməyəcək

Sorğu: Finlərin 50 faizi Ukraynaya qoşun göndərilməsini dəstəkləmir

Azərbaycanda ilk dəfə pambıqçılıq sahəsində Özbəkistan təcrübəsi əsasında klasterləşmə formalaşacaq

Alimlər: Neolit dövründə əhalinin əksəriyyəti vəba xəstəliyindən ölüb

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Ombudsmanın fəaliyyəti barədə məlumatlandırılıb

Portuqaliya Ukraynaya əlavə olaraq 95 milyon avro ayıracaq

Sədr: İl ərzində Təhsilin İnkişafı Fonduna 7-8 milyon manat vəsait toplanır

Səttar Möhbalıyev: Azərbaycan və Pakistan bir-birini dəstəkləyən qardaş ölkələrdir

Elnur Nəsibov: Bu il iki universitetin tələbə yataqxanasının tikintisinə başlanıla bilər

Pakistan Prezidentinin adından Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

AQTA bioloji aktiv qida məhsulları ilə bağlı istehlakçılara müraciət edib

Azərbaycan klubu iki əcnəbi və bir yerli həndbolçu transfer edib

Milli Məclisin sədri Belarus və Efiopiya parlamentlərinin spikerləri ilə görüşüb

Təhsilin İnkişafı Fondunun rəhbəri: Vahid tələbə kartı güzəştlər təqdim edəcək

“Qızların təhsilinə dəstək proqramı” çərçivəsində təqaüdlər ayrılıb

Macarıstan yığmasının kapitanı: Azərbaycanla oyunda özümüzü ən yaxşı tərəfdən göstərməliyik

“Qaya”nın məşhur mahnısının kaver versiyası əsasında klip buraxılıb

Azərbaycanın veteran hakimi: Avropa çempionatına təyinat alan referilər etimadı doğrultdular

DİN: Ötən gün 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nigerdə ağır cinayətlərdə ittiham olunan məhbuslar həbsxanadan qaçıb

“AzerGold” QSC-dən dayanıqlı inkişaf məqsədlərinə davamlı diqqət

“Səbail”dən ayrılan futbolçu Kipr klubuna keçib

Abşeron Milli Parkında tullantılardan hazırlanmış əl işləri sərgilənəcək

Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar keçirib

Sergey Jitomirskinin “Sirakuzlu alim” romanı Azərbaycan dilində işıq üzü görüb

Şəmkirdə təhlükəsizlik tələblərinə cavab verməyən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Müzəffər Ali Baş Komandan-Xalq-Ordu birliyi Azərbaycanın hərbi-siyasi qələbəsini təmin etdi

Türkiyə Prezidenti Azərbaycan ilə Ermənistan arasında tezliklə sülhə nail olunması tərəfdarıdır

DİN: Ötən gün 7 tüfəng təhvil götürülüb

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstan yığmasını qəbul edəcək

MSK sədrinin müavini: Namizədlərin qeydiyyatı prosesində kifayət qədər diqqətli olmaq lazımdır

Bu gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın doğum günüdür

"Birləşdik-2024" təliminin açılış mərasimi olub VİDEO

İyulun 14-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

Biləsuvar Təhsil Kompleksinin əməkdaşları və bir qrup şagirdi Türkiyəyə səfər edib

Bu gün TÜRKSOY-un yaradılmasının 31 ili tamam olur

BMT: Son 200 il ərzində dünya əhalisinin sayı yeddi dəfə artıb

Avropa çempionatı: Azərbaycan basketbol millisi Portuqaliya ilə qarşılaşacaq

Milli Kitabxanada “Tovuz döyüşləri - Zəfərə gedən yol” adlı kitab sərgisi açılıb

Mərkəzi Seçki Komissiyası 26 ölkənin seçki qurumunu parlament seçkilərinin müşahidəsi üçün ölkəyə dəvət edib VİDEO

Kir Starmer Rusiyanı “nəslin təhlükəsi” adlandırıb

BANM-də yay məktəbi başa çatıb

Azərbaycanla Rusiya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın yeni perspektivləri müzakirə olunub

Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

DİN: Ötən gün 35 cinayətin üstünün açılması təmin olunub

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Xəzərdə batması ehtimal olunan 3 nəfər axtarılır

BP: Neftə tələbat 2025-ci ildə pik həddə çatacaq

İyuldan sentyabra - Tovuz döyüşlərindən Qarabağ Zəfərinə gedən yol

Yevlaxda qanunsuz odlu silah əldə edən şəxslər saxlanılıblar

Avropa İttifaqının dörd ölkəsi 500 kilometrdən çox mənzilli raketlərin yaradılması barədə razılığa gəlib

Media nümayəndələri terrorizm anlayışı və onun növləri barədə məlumatlandırılıblar

Nepalda 2 avtobusun çaya düşməsi nəticəsində 66 nəfər itkin düşüb

Makron solçuların hakimiyyətə gəlməsinə imkan verməsə Olimpiada zamanı etirazlarla üzləşə bilər

NATO büdcəsinə ən çox töhfə verən ölkələr açıqlanıb

Yeni Zelandiya sahillərində suyun temperaturu rekord həddə çatıb

Türkiyə Prezidenti: Sammiti İstanbulda keçirib NATO ilə birlikdə dünyanı salamlayacağıq

Türkiyə Prezidenti Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirib

Fransada qədim kilsədə yanğın baş verib

Ölərkən beynimizdə nə baş verir?

Kir Starmer Co Baydenin səhhəti haqqında danışıb

125 milyon illik yeni dinozavr növünün fosili tapılıb

Natəmiz hovuzlar Hepatit A virusu riski yaradır

Prezident İlham Əliyev: Azərbaycan və Pakistan istənilən beynəlxalq məsələdə bir-birini dəstəkləyir VİDEO

Tovuzda yol qəzası baş verib VİDEO

Pakistanın Baş naziri: Azərbaycanın Qələbəsi ədalətin hərtərəfli təntənəsinin nümunəsidir VİDEO